“İPhone 8” üçün sayılı dəqiqələr: Təqdimat saatı bəlli oldu
Texnologiya
12 Sentyabr 2017 15:38

“İPhone 8” üçün sayılı dəqiqələr: Təqdimat saatı bəlli oldu


Bu gün bütün dünyada ağıllı telefon bazarının böyük maraq və həyəcanla gözlədiyi “İPhone 8" smartfonunun təqdimat mərasimi keçiriləcək.

Publika.az xəbər verir ki, yepyeni dizaynı və özəllikləri ilə olduqca diqqət çəkən smartfonun təqdimat mərasimi bu axşam saat 21:00-da Stiv Cobs teatrında gerçəkləşəcək.

Teatrın özəl olaraq bu mərasim üçün hazırlandığı və açılışının məhz bu gün ediləcəyi bildirilib.

Mərasimdə “İPhone 8" ilə bərabər,”İPhone 7S” və “İPhone 7S Plus” da yenidən müştərilərə təqdim ediləcək.

“İPhone”, “İPad”, “İMac” və ya “Apple TV” məhsullarına sahib olanlar təqdimat mərasimini canlı izləyə biləcəklər.

Zümrüd



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR