“Azercell” korporativ müştərilər arasında futbol turniri keçirir
Texnologiya
12 Sentyabr 2017 15:56

“Azercell” korporativ müştərilər arasında futbol turniri keçirir


Bakı. 12 sentyabr. REPORT.AZ/ “Azercell Telekom” MMC “Azercell Kuboku” uğrunda korporativ müştərilər arasında I Futbol Turnirinə başlayıb. Bu barədə “Report”a şirkətin mətbuat xidmətindən məlumat verilib.
Sentyabrın 8-də çempionatda iştirak edəcək komandaların nümayəndələrinin də iştirak etdiyi mərasimdə turnirin püşkatma mərasimi keçirilib və turnirin reqlamenti açıqlanıb. Beləliklə, 12 komandadan ibarət çempionat qrup mərhələsindən (yəni 5 oyundan), 1/4 final, yarımfinal və final oyunlarından ibarət olacaq.
Oyunlar 11 sentyabrdan etibarən bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və cümə günləri saat 19:00-da “Azercell Telekom”un baş ofisinin futbol meydançasında keçiriləcək.
Gündə 3 oyunun keçirilməsi planlaşdırılan turnir 1 ay ərzində davam edəcək. Turnirdə “Kapital Bank”, “North West Construction”, “Xəzər Media”, “Unibank”, “Sumqayıt Texnologiyalar Parkı”, “Gilan Holding”, “TOPAZ”, “Azərtexnolayn”, “Azeri M-İ”, “AA Services”, “Coca-Cola” kimi şirkətlərin nümayəndələri iştirak edirlər.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR