Təcili parolunuzu DƏYİŞİN! - Əgər...
Texnologiya
12 Sentyabr 2017 16:28

Təcili parolunuzu DƏYİŞİN! - Əgər...


İnternetdə hər 5 istifadəçidən birinin parolu oğurlanıb.

Publika.az bildirir ki, Benkow adlı təhlükəsizlik üzrə parisli mütəxəssis 711 milyon elektron poçt ünvanının cəmləşdiyi və onların parollarının olduğu vahid məlumat bazası aşkar edib. Bu barədə iflscience məlumat yayıb.

Məsələnin ciddiliyini nəzərə alaraq, mütəxəssislər təklif edir ki, təcili bunları etmək lazımdır: haveibeenpwned.com saytında öz elektron poçtunuzun ünvanını daxil edin, əgər sizin poçtunuzun ünvanı oğurlanmışların arasında olarsa, o zaman qırmızı, olmazsa yaşıl bildirişlə rastlaşacaqsınız.

Bunun üçün sadəcə poçt ünvanınızı daxil edin və "pwned?" düyməsini basın.

Əgər sizin poçtunuz təhdid altındadırsa - nəticə qırmızı rənglə işıqlandırılacaq. Bu zaman dərhal parolu dəyişin!

Əgər sizin e-mailiniz bu məlumat bazasında yoxdursa – nəticə yaşıl rəngdə işıqlandırılacaq.

Sayt Troy Hant adlı təhlükəsizlik üzrə məşhur ekspertə aiddir. Onun sözlərinə görə, bu ən böyük vahid bazadır.

Avstraliyalı internet-təhlükəsizliyi üzrə mütəxəssis Troy Hant parolları qıran proqramların öyrənilməsi ilə məşğul olur. O, həmçinin məşhur proqram istehsalçısı, jurnalist və Microsoft şirkətinin proqram memarıdır.

Zaur H.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03
Qaxda mağaza yandı

Qaxda mağaza yandı

19 Noyabr 2017 03:47