Dünya şöhrtəli dəb ustasından HİKMƏTLİ SÖZLƏR - FOTO
Qadın dünyası
12 Sentyabr 2017 17:18

Dünya şöhrtəli dəb ustasından HİKMƏTLİ SÖZLƏR - FOTO


Müasir moda aləminin maestrosu - Karl Lagerfeld uzaq 1933-ci ildə sentybarın 10-da (halbuki o özü iddia edir ki, 1938-ci ildə) anadan olub. Bu müddət ərzində dəb ustası nəinki qadınlar üçün bir-birindən gözəl geyim nümanələri yaradıb, eyni zamanda öz hikmətli fikirlərini də əsirgəməyib.

Publika.az xəbər verir ki, “Chanel” və “Fendi” moda evinin kreativ dizayneri, məşhur fotoqraf və moda tənqidçisi ən kəskin və qalmaqallı sitatlarını "Həyat hikmətləri. Fəlsəfənin mənası" kitabında toplayıb.

Так говорил Лагерфельд: 15 цитат любимого дизайнера

Odur ki, bir neçə güm əvvəl 84 yaşını qeyd edən dizaynerin aforizmlərini xatırlamaq qərarına gəldik. Və inanın ki, onlar heç də madmazel Şaneldən geri qalmır.

Pəhriz haqqında

Çoxlarına məlumdur ki, məşhur pəhriz sayəsində Karl Lagerfeld heç bir kq da arıqlaya bilməyib. Ondan pəhriz barədə tez-tez soruşurdular, o da vicdanla cavab verdi:

"Mən 200 funt arıqladım ki, Sliman Edinin tarixi kostyumlarını geyinim”.

"Pəhriz - yeganə oyundur ki, siz öz üstünlüyünüzü itirərək qalib gəlirsiniz".

"Bədən qüsursuz olmalıdır. Əgər belə deyilsə, kiçik ölçülü paltar alın və az yemək yeyin".

"Pəhrizimin mahiyyəti sadədir: Heç vaxt şəkər, pendir, çörək yemirəm və bu, mənim üçün tamamilə təbiidir. Studiyada çəkiliş zamanı zərərli yemək görəndə ona yeyilməyən plastik oyuncaqlar kimi baxıram. Sadəcə meşədə vəhşi heyvanları təsəvvür edin: Onlar heç vaxt təbiətdə zərərli olan heç nəyi yemirlər".

“Chanel” haqqında

С Карой Делевинь на показе Chanel осень-зима 2014

"Mənim işim “Chanel” kostyumlarının ömrünü uzatmaqdan ibarət deyil, başlıca vəzifəm odur ki, onlar yaşasın”.

"Koko Şanel sağ qalsa idi, mənim yaratdıqlarıma nifrət edərdi. Lakin şirkətin siması var və onu yeniləmək mənim işimdir".

Moda və üslub haqqında

В ателье Chanel, 1984

"Siz həyatı çəhrayı rəngli görə bilərsiniz, ancaq onu geyməyin!"

"Əgər siz hər gün idman tərzində geyinməyə başlamısınızsa, deməli, həyatınızda nə isə düz getmir”.

"Moda elə oyundur ki, onunla ciddi oynamaq lazımdır".

Özü haqqında

70-е годы

"İntellektual söhbətlərə nifrət edirəm. Məni yalnız şəxsi fikirlərim maraqlandırır".

"Bağışlamaq çox asandır. Mən təsadüfən unuda bilərəm, amma bağışlaya bilmərəm. Mən qisas almağa üstünlük verirəm".

"Əgər insanlar keçmiş dövr haqqında xoş danışanda mən onlara cavab verirəm: "Zaman yox, siz köhnəlmisiniz. Mən özüm köhnə günləri xatırlamıram. Mənim üçün həqiqətən vacib olanlar indi baş verir".

“Mən başa düşmürəm ki, Mişel Obama saçını niyə kəsdirirdi. Düzünə qalsa bu, çox pis ideayadır, mənim xoşuma gəlmir”.

“Dahi dizaynerlər dəb diktatorlarıdır”.

“Həyat gözəllik yarışması deyil, bəzi insanlar çirkin olsa da, mükəmməldir. Yalnız mən iyrənc, eybəcər insanlara nifrət edirəm. Ən çox da bəstəboylulara. Qadınlar balacaboy ola bilər, amma kişilər üçün bu, qəbuledilməzdir. Onlar bununla heç vaxt barışa bilmir və ətrafdakılara nifrət edirlər. Balacaboylu olmaq onlar qəzəblidirir və sizi öldürmək istəyirlər".

"Özünüinkişaf həyatda ən sağlam şeydir".

На показе Chanel Couture осень-зима 2015

“Həmişə yatağa tərtəmiz girirəm. Çünki anam uşaqlıqda həmişə deyərdi ki, gecəyarısı qəflətən ölə bilərəm. Odur ki, təmiz yatmaq məndə vərdiş halına gəlib. Heç kim bilmir ki, sabah nə olacaq”.

“Bir dəfə dəhşətli dərəcədə eybəcər və alman jurnalist məndən müsahibə almışdı. Əynində sarı sviter var idi, altdan isə böyük sinəsinə geyindiyi qara büstqalteri görünürdü. O, məndən xahiş etdi ki, eynəyini çıxart .Mən isə cavab verdim: "Belə olan halda, mən sizdən sizin büstqalteri çıxarda bilərəm?"

10 цитат Карла Лагерфельда о красоте

"14 yaşım olanda siqaret çəkmək istəyirdim, çünki anam elə siqaret çəkirdi ki, sanki kişidir. Amma anam mənə icazə vermədi və bunları dedi: "Sənin əllərin çirkindir, siqaret çəkəndə hamı sənin barmaqlarına tamaşa edəcək".

“İkili şəxsiyyət olmaq, şəxsiyyətsiz olmaqdan daha yaxşıdır”.

“Qara donda nə həddən artıq gözəl, nə də çox təvazökar görünmək mümkün deyil".

Ünsiyyət azadlığı haqqında

С Линдой Евангелистой и Клаудией Шиффер на показе Chanel весна-лето 1996

"Xahiş edirəm, ədalətli olun, amma siyasi söhbətlərlə ətrafdakıları yormayın, çünki bu hər şeyin sonudur. Qəm-qüssəyə yaratmaq istəyirsiniz? Siyasi söhbət zamanı düzgün olun".

"Sizi xoşbəxt edən işlə məşğul olun. Pul haqqında və ya uğur hesab olunan digər tələlər haqqında unudun. Əgər kənd mağazasında işləmək sizi xoşbəxt edirsə, işləyin. Yadda saxlayın ki, həyat insana bir dəfə verilir”.

Xəz istifadə edilməsi barədə

10 цитат Карла Лагерфельда о красоте

"Fermerlər inəklər və donuzların qayğısına qalır, amma sonra onları onsuz da öldürürlər. Hətta onlar ovçulardan daha riyakardır. Ovçular heç olmsa yalandan heyvanlara sevgi nümayiş etdirmirlər. Heyvanları öldürmək mənim də xoşuma gəlmir, amma insanların öldürülməsinə daha çox qarşıyam. Bu isə görünür, dünyada çox məşhurdur".

Aytən



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08