Yağlı dəri üçün qulluq kremi
Qadın dünyası
12 Sentyabr 2017 17:22

Yağlı dəri üçün qulluq kremi


Yağlı dəri parlaq görünür, geniş məsamələri və qara nöqtələri olur. Sızanağın meydana gəlməsində son dərəcə uyğun dəri tipidir.

Metbuat.az xəbər verir ki, yağlı dəri ilə mübarizə aparmaq çətindir. Bu dəfə ev şəraitində yağlı dərilər üçün qulluq kreminin hazırlanma qaydasını təqdim edirik.

Tərkibi:

2 yemək qaşığı arı mumu

2 yemək qaşığı Hindistan qozu yağı

1 ampula E vitamini və ya 1 çay qaşığı E vitamini

1 yemək qaşığı aloe-vera geli

10 damla limon yağı

10 damla rozmarin yağı

10 damla portağal yağı

Hazırlanması:

Arı mumu və Hindistan qozu yağını əridin. Ocaqdan aldığınızda içərisinə E vitamini, aloe-vera gelini və digər yağları əlavə edib qarışdırın. Uyğun qaba əlavə edib soyumağa buraxın. Qatılaşdıqdan sonra kreminiz istifadəyə hazırdır.

Aysel Yaqubqızı / Metbuat.az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 noyabr

Astroloji proqnoz - 17 noyabr

17 Noyabr 2017 00:13
Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08