OTİM-də idman cərrahiyyəsinin ən son yenilikləri tətbiq edilir
Sağlamlıq
12 Sentyabr 2017 17:23

OTİM-də idman cərrahiyyəsinin ən son yenilikləri tətbiq edilir


Menisk yaralanması əməliyyatı və reabilitasiyası

Bədənimizin ən sıx yaralanan orqanlarından biri də meniskimizdir. Əslində menisk deyil, “menisklər” demək daha düzgündür, çünki bir diz oynağında dizin iç və xarici tərəfi olmaqla iki ədəd meniskimiz vardır və menisklərimiz diz nahiyyəsində ən böyük iki sümüyün kesişdiyi nöqtədə mövcud olan yastıqcıqlardır. Məqsədləri dizdə yükün daşınması, sürüşkənliyin artması, ağırlığı boğucu (shock absorbtion) rolları oynamaqdır.

Bəs menisk yaralanmaları daha sıx olaraq necə baş verir?

Gənc yaşlardaki xəstələrimizdə daha çox idman yaralanmaları önəm alarkən, avtomobil qəzaları kimi yüksək enerjili zorlanmalarda yarana bilərkən, daha irəli yaş qrupundaki xəstələrdə degenerativ oynaq dəyişiklikləri menisk yaralanmasında önəmli rol oynayır. Futbol kimi qarşılıqlı təmas idman növlərində dizin dönməsi, ani hərəkətlərdə meydana gələn qatlanma, tək diz üzərinə yük alınması sonrasında menisklər yırtıla bilər. İdmançılarda bu yaralanmalara dizin ön çarpaz bağ yaralanmaları da bərabərlik göstərə bilər.

Ən sıx qarşılaşılan əlamət və şikayətlər nədən ibarətdir?

Diz içərisindən gələn səslər yırtığın ilk əlaməti ola bilər. Dizdə ödəm (şişkinlik) əmələ gələnə qədər idmançılar oyuna davam edə bilər, ya da günlük aktivliklərini edə bilərlər. Ancaq ödəm (şişkinlik) əmələ gəldiyində şikayətlər əmələ gəlir. Əsas olaraq şikayətlər 24-48 saat içində əmələ gəlir ve aşağıdakilərdən ibarət olur:

  • Dizdə gərginlik və şişlik
  • Oynaq hərəkətində azalma
  • Dizdə maye toplanması
  • Meniskin yırtılmış hissəsi oynaq içinə düşdüyündə oynaqda ilişmə, kilidlənmə. Bu vəziyyət yalnız doktorunuzun edəcəyi bir manevrlə düzələ bilər.

Diaqnoz qoymada nə köməkçi ola bilər?

Həkiminizə hər şeyin hansı travma ilə və necə başladığını izah edin, həkiminiz bir sıra müxtəlif manevrlər ilə dizinizi müayinə edəcəkdir. Bundan başqa diaqnoz üçün rentgenlər və menisklərin daha yaxşı görünə bilməsi üçün MRT istəniləcəkdir. Dizin kilidli qaldığı vəziyyətlərdə artroskopik müayinə məsləhət görüləcəkdir.

Menisk yaralanmalarının müalicəsi nədən ibarətdir və hər zaman ilk olaraq cərrahi müalicə seçilməlidirmi? Və hansı hallarda ilk olaraq cərrahi müalicə seçilir?

Konservativ və operativ (cərrahi) olaraq iki hissəyə ayrılır. Konservativ müalicə oynağın istirahətə alınması və buz qoyulması, doktorunuzun sizə məsləhət gördüyü bandajlardan istifadə etməklə davam etdirilir. Cerrahi müalicə isə aşağıdaki hallarda ilk olaraq mütləq məsləhət görülür:

Menisklerin konservativ müalicəyə cavabsızlığı, esas da bir zorlama sonrası birdən başlayan diz hərəkət məhdudluğu, dizdə əmələ gələn kilidlənmə, diz üzərinə basmaqda çətinlik ve gəzməkdə ciddi rahatsızlıq yaradan hallarda xəstələrimiz uyğun cərrahi müalicədən fayda görürlər. Və əlave olaraq qeyd etmək istərdim, gənc xəstələrdə idman yaralanmaları sonrasında əmələ gələn ön çarpaz bağ yaralanması ilə birlikdə görülən menisk yaralanmalarının cerrahi müalicəsini.

Cərrahi müalicə olaraq hansı metodları istifadə etmək daha uyğundur?

Menisk yaralanmalarının cərrahi müalicəsi açıq və bağlı olaraq həyata keçilir, amma son illərin araşdırmalarına görə, bağlı əməliyyat olunmasını aşağıdaki üstünlüklərinə görə məsləhət görürlər:

-Bağlı menisk əməliyyatlarında xəstəyə sadəcə ağrı kəsici verilməsi bes edəcəkdir.

-Qapalı əməliyyat sonrası xəstəxanada yataq vaxtı daha qısa olub daha çox bir ve ya iki gündən ibarətdir.

-Əsas da qapalı menisk əməliyyatlarından sonra xəstənin dizi heç bir şəkildə alçıya(gipsə) qoyulmaz.

-Ancaq kontrollu hərəkətlərin edilə bilməsi üçün sadəcə dizlik həkiminiz tərəfindən məsləhət görülməkdədir.

-Qapalı menisk artroskopi əməliyyatları sonrasında xəstələrdə yan təsirlər ya da problemlər yaranma şansı olduqca kiçikdir.

-Açıq əməliyyatla müqayisədə daha az infeksiya və iltihab əmələ gəlməsi, qapalı əməliyyatın üstünlüklərindəndir.

Menisk yaralanmasının cərrahi müalicəsi sonrası önəmli bir hissə də, xəstənin reabilitasiyasıdır. Reabilitasiyanın məqsədləri:

Oynaq içi qanamaların qarşısını almaq, əzələlərdə ola biləcək qüvvət itkisinin qarşının alınması, toxumaların sağalmasını tezləşdirmək, əzələlərin qüvvətləndirilməsi, oynaq funksiyalarının qısa vaxtda geri qayıtmasını tənzimləmək.

✔ Sağlamlıq üçün Hərəkətə Keçməyin vaxtıdır!

Mərkəz Filialı:
Nəsimi r., M.Rəfilli və R.Behbudov küç-nin kəsişdiyi 389 № məhəllə
+99455 455-86-08 / +99455 455-86-08

Babək Filialı:
Xətai r-nu, Babək pr-ti 92N
+99451 550-06-01
012 909; 012 404 41 90

www.otim.az

Rəsmi Facebook səhifəmiz: #www.facebook.com/bmpotim/

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 sentyabr

Astroloji proqnoz - 21 sentyabr

21 Sentyabr 2017 00:13