Renkadan Təranəyə cavab: "Qoy sənin bədəninə tamah salsınlar" - VİDEO - FOTO
Şou-Biznes
12 Sentyabr 2017 19:54

Renkadan Təranəyə cavab: "Qoy sənin bədəninə tamah salsınlar" - VİDEO - FOTO


"Mən açıq səmimi etiraf edəcəm. Oriental rəqsi o vəziyyətə salıblar ki, rəqqasə stol-stol gəzəcək və masalardan pul toplayacaq. Mən Renkanı turbaya dolanan vaxtından tanıyıram. Üzr istəyirəm, onun qucağından bunun qucağına atılan vaxtından tanıyıram. Yəni biri var masaya yaxınlaşasan, biri də var ki, qucaqdan götürüb atırdılar o biri qucağa. Özümə ayıb bilirəm bunları danışmağı. Amma o insanın mənə sənə qadın kimi hörmətim yoxdur deməsi bir az gülünc haldır".

Milli.Az bildirir ki, bu sözləri ötən gün ARB TV-də yayımlanan "Günə davam" proqramına açıqlaması zamanı produsser Təranə Səmədova qalmaqal yaşadığı rəqqasə Renka haqqında səsləndirib.

Belə ki, böyük səs-küyə səbəb olan bu sözlərə rəqqasə Renka da biganə qalmayaraq məhz ARB TV-də yayımlanan "Günə davam" proqramında cavab verib:

"Təranə, sənin keçmişinə baxsaq, biz nələr görəcəyik. Mənim gülməyim gəlir ki, rəqqasə desin ki, mən masalara yaxınlaşmıram. Boş söhbətdir. Bizim pulumuz masalardan çıxır. Qucağa da hoppanmaq boş söhbətdir. Təranə demişdi ki, mənim bu vücuduma tamah salan çoxdu ki, nəinki onun vücuduna. Qoy elə olsun. Qoy sənin bədəninə tamah salsınlar, mən başımı salım işimi görüm. Sən utanmadan mənə deyirsən ki, lüt oynayıram? Sən məndən betərsən. Sən belə əxlaqlısan? Belə tərbiyəli qadınsan? Gördüm də mən davranışını".

Rəqqasə aralarındakı mübahisənin səbəbinə də aydınlıq gətirdi.

"Kişi söhbəti deyil. Tamam başqa söhbətdir. Bundan 1-2 hərəkət gördüm ki, mənim xoşuma gəlmədi. Təranə adı gələndə hamı bilir ki, qalmaqaldı. Sadəcə kameraları gördü və coşdu. Mən ona salam vermək belə istəmirəm. Qadın kimi ona hörmət eləmirəm. Mənə dedilər ki, çox heyif ki, sənin onunla adın çıxdı. Amma bilirlər ki, kim kimdir. Mənim yazdığım məqalə də qaldı, onun məqaləsi silindi".

Videonu izləmək üçün şəklə klikləyin:
Renkadan Təranəyə cavab- 'Qoy sənin bədəninə tamah salsınlar'

Milli.Az




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 sentyabr

Astroloji proqnoz - 21 sentyabr

21 Sentyabr 2017 00:13