Fəvvarələr Meydanında qala konsert keçiriləcək
Mədəniyyət
12 Sentyabr 2017 20:22

Fəvvarələr Meydanında qala konsert keçiriləcək


Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin yekun qala konserti 13 sentyabr, saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq.

İdarədən Trend-ə verilən məlumata görə, qala konsertdə əməkdar artistlər Eyyub Yaqubov, Nüşabə Ələsgərli, Elza Seyidcahan, tanınmış müğənnilər Nadir Qafarzadə, Günay İbrahimli, Leyla Ramazanlı, Aysel Əlizadə, Roza Zərgərli, Elvin Mirzəzadə, “Kristal” qrupu, Dana Durdana, Lətifə SoyÖz və başqa incəsənət nümayəndələrinin iştirakı ilə zəngin konsert proqramı təqdim ediləcək.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR