‘INDIAN OCEAN’ Bakı bulvarında (FOTO)
Mədəniyyət
12 Sentyabr 2017 20:57

‘INDIAN OCEAN’ Bakı bulvarında (FOTO)


Bakı. Trend:

Azərbaycanda qastrol səfərində olan Hindistanın ən qabaqcıl qrupu “Indian Ocean” (Hind Okeanı) Bakıda bulvarda konsert proqramı ilə çıxış edib.

Trend-in məlumatına görə, “Indian Ocean” qrupunun üzvü Rahul Ram bu qrupun Hindistandan Azərbaycana qastrol səfəri etmiş ilk əsas qrup olduğunu vurğulayıb. Qrup Bakının gözəlliyi və burada insanların müsbət enerjisindən təsirləndiklərini qeyd edib. Onlar həmçinin, Azərbaycandakı musiqi dünyasını təqdir etdiklərini də ifadə ediblər.

“Indian Ocean” qrupu öz nadir musiqisi ilə Hindistanda və ölkə xaricində böyük coşqu yaradıb və uğur qazanıb. Bəzi tənqidçilər “Indian Ocean”qrupunun musiqisini mənəviyyat, fəallıq, ətrafmühitçilik, müharibənin faydasızlığı və mifologiya kimi mövzuları özündə ehtiva edən müasir rokun, klassik Hind cazının, xalq musiqisinin vəhdəti kimi təsvir edirlər.

“Indian Ocean” musiqi qrupunun səfəri Hindistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunmuş tədbirlərin tərkib hissəsini təşkil edir. Tədbirin təşkilatçıları olan Hindistanın Mədəni Əlaqələr Şurası (ICCR) və Hindistanın Azərbaycandakı Assosiasiyası (IAA) Azərbaycan musiqi sevərlərini hər kəsə açıq olan konsert proqramlarından zövq almağa dəvət edib.

“Indian Ocean” 13 sentyabrda, saat 19:00-da Sumqayıt Dənizkənarı Bulvarında digər bir canlı konsert proqramı ilə çıxış edəcək. Canlı musiqi proqramını izləmək hamı üçün sərbəstdir


‘INDIAN OCEAN’ Bakı bulvarında (FOTO)
‘INDIAN OCEAN’ Bakı bulvarında (FOTO)
‘INDIAN OCEAN’ Bakı bulvarında (FOTO)

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR