Tənbəlliyə qalib gəlməkdə YAPON DÜSTURU
Maraqlı
12 Sentyabr 2017 22:34

Tənbəlliyə qalib gəlməkdə YAPON DÜSTURU


Bazar ertəsindən yeni həyata başlayacam, idman zalına gedəcəm, pəhriz saxlayacam, ingilis dilini öyrənəcəm və s. və ilaxır... Çox vaxt özümüzə bu sözləri verib, əməl etmirik. Bütün planlarımızı növbəti həftəyə, aya bəzən isə ilə saxlamalı oluruq. Bəs niyə arzularımızı gerçəkləşdirməyə casəratimiz çatmır. Səbəb həqiqətənmi zaman azlığıdır? Əslində isə bunun bir bəhanəsi var, gündəlik qayğılar, gərginlik ən əsası isə vərdişlərimizin formalaşmaması...
Milli.Az publika.az-a istinadən yaponların tənbəlliklə ən təsirli mübarizə üsulu olan Kaydzen nəzəriyyəsi haqda yazını təqdim edir:
Kaydzen "1 dəqiqəlik" adı ilə elmə daxil edilən yapon nəzəriyyəsidir. Bu nəzəriyyənin əsas özəlliyi odur ki, insan müəyyən bir işlə hər günün bir dəqiqəsi məşğul olur. Sutkanın cəmi 1 dəqiqəsi istənilən bir işə sərf etmək üçün minimal zaman kəsiyidir. Bu vərdişi öz şüurunuzda formalaşdırmaq isə tənbəllik hissi ilə apardığımız mübarizənin zirvəsidir.
Ən sadə idman növü ilə məşğul olmaq, xarici dil öyrənmək və bu kimi digər vərdişləri formalaşdırmaq üçün 1 dəqiqə ideal vaxtdır. Bu zaman beynimiz yorulmur, əksinə vaxtın azlığından zövq alır. Yaponlar düşünür ki, uzun məsafələri qət etmək üçün yavaş addımlar atmaq lazımdır. Bu baxımdan Kaydzen ən uğurlu nəzəriyyədir. Çünki o sizi özünüzü günahlandırmaq hissindən qurtarır. Hər gün damcı-damcı uğura aparır. Ən əsası isə bu müddəti günbəgün artırmaq istəyirsiniz. Tədricən 1 dəqiqə 5 dəqiqə ilə əvəzlənir. Getdikcə isə bu müddət yarım saatadək uzanır.
Kaydzen yapon dilində olan "kay"( dəyişkənlik) və "dzen" (müdriklik) sözlərinin birləşməsindən yaranıb. Məhz bu qəbildən olan yaşam nəzəriyyələri yaponları dünyanın ən ağıllı millətlərindən biri edib.
Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 dekabr

Astroloji proqnoz - 15 dekabr

15 Dekabr 2017 00:08