Amerika kino tarixində fantastik göstərici
Şou-Biznes
13 Sentyabr 2017 3:13

Amerika kino tarixində fantastik göstərici


Amerikada sentyabr ayı ərzində kinoteatrlarda göstərilən filmlər arasında rejissor Andres Muskettinin “O” adlı qorxu janrında çəkilən filmi yeni rekord müəyyənləşdirib.

Publika.az xəbər verir ki, ABŞ-ın 4103 kinoteatrında nümayiş olunan film sentyabrın ilk həftəsi ərzində 117,2 milyon dollar gəlir qazandırıb. Bu göstərici 2011-ci ilin sentyabr ayında nümayiş edilən “Paranormal hadisə 3” filminin bir həftə ərzində əldə etdiyi gəlirdən (52,6 milyon dollar) iki dəfə çoxdur.

Yazıçı Stiven Kinqin əsərinə çəkilmiş film, həmçinin sentyabr premyeraları tarixində yeni rekorda imza atıb. Ona qədər ən çox qazanc gətirən film 2015-ci ildə nümayiş olunan “Divlər tətildə” komediyası olub.

Könül Cəfərli

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR