PSJ-nin qazancı rekord həddə çatdı
İdman
13 Sentyabr 2017 8:04

PSJ-nin qazancı rekord həddə çatdı


Fransa 1-ci Liqasında mübarizə aparan PSJ-nin prezidenti Nasser Əl-Xələfi Neymar və Mbappe transferləri haqqında danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, prezident İngiltərə mətbuatına açıqlamsında maliyyə "feyr-pley"i ilə bağlı bir problemin olmadığını vurğulayıb:

"Son 6 ayda klubun gəlirlərini artırmaq üçün çox çalışdıq. Biletlərdən, sponsorlardan, yayım hüququndan əldə etdiyimiz gəlir 90 milyon avrodan 500 milyon avroya yüksəlib. Son iki ildə qazanc əldə edirik. Maliyyə "feyr-pley"i kriteriyalarını qarşılamaq üçün 1 il vaxtımız var. 2018-ci ilin iyun ayının 30-na qədər bizə vaxt verilib. Bir çox klublar təzyiq göstərir, lakin UEFA-nın təsir altında qalmayacağını düşünürəm. Bütün klublara hörmət edirik və eyni şeyi onlardan gözləyirik. Özümüzdən çox əminik. Neymarın imza mərasimini 85 milyon insan izlədi. İlk oynadığı matçdan danışmıram, sadəcə imza mərasimini bu qədər insan izlədi. Neymar beynəlxalq bir markadır. Möhtəşəm bir oyunçudu. Mbappenin transferində böyük rəqabət var idi. Bəzi klublar daha yüksək məbləğdə pul təklif etdilər. Hər böyük klub onu istədi.  Ona layihəmiz və klubun hirsi haqqında danışdıq. Mbappe pula görə bura gəlmədi".

Əl-Xələfi gözəl problemləri olduğunu açıqlayıb: "Bu mövsüm formaları çatdıra bilmirik. Satış çox oldu. Tezliklə bu problemi də həll edəcəyik".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08