Prezidentin nəvəsi tibb fakültəsinin 4-cü kurs tələbəsi ilə evləndi – FOTO
Şou-Biznes
13 Sentyabr 2017 9:48

Prezidentin nəvəsi tibb fakültəsinin 4-cü kurs tələbəsi ilə evləndi – FOTO


Sosial şəbəkədə ABŞ-ın 35-ci prezidenti Con və Jaklin Kennedinin nəvəsi Tatyana Şlossberin toy fotoları yayılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mərhum prezdientin 27 yaşlı nəvəsi Tatyana Kolumbiya universitetinin tibb fakültəsinin dördüncü kurs tələbəsi Corc Morana ərə gedib. Toy gəlinin ailəsinin evində qapalı formatda keçib, ona görə də yeni evlənənlərin şəkilləri sosial şəbəkədə bir neçə gündən sonra yayılıb.

Yeri gəlmişkən qeyd edək ki, Con Kennedi ilə Jaklin Kennedi 1953-ci il sentyabrın 12-də Müqəddəs Məryəm kilsəsində ailə qurub. ABŞ-ın 35-ci prezidenti və xanımı 10 il evli olub. Con Kennedi 1963-cü ildə sui-qəsd nəticəsində güllələnərək öldürülüb.

Aytən





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 noyabr

Astroloji proqnoz - 17 noyabr

17 Noyabr 2017 00:13
Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08