‘INDIAN OCEAN’ Bakı Bulvarında musiqi sevərləri ovsunlayır
Digər
13 Sentyabr 2017 10:14

‘INDIAN OCEAN’ Bakı Bulvarında musiqi sevərləri ovsunlayır


Azərbaycanda qastrol səfərində olan Hindistanın ən qabaqcıl qrupu "Indian Ocean" (Hind Okeanı) Bakı şəhərində Dənizkənarı Bulvarda 11 sentyabr, 2017-ci il tarixində azərbaycanlıları və eləcə turistləri feyziyab edən məftunedici bir konsert proqramı ilə çıxış edib. 

Hindistan səfirliyindən Milli.Az-a verilən məlumata görə, Azərbaycana ilk səfərlərində "Indian Ocean" qrupunun üzvü Rahul Ram bu qrupun Hindistandan Azərbaycana qastrol səfəri etmiş ilk əsas qrup olduğunu vurğuladı. Qrup Bakının gözəlliyi və Bakı xalqının müsbət enerjisindən təsirləndiklərini qeyd etdi. Onlar həmçinin, Azərbaycandakı musiqi dünyasını təqdir etdiklərini də ifadə etdilər.

"Indian Ocean" qrupu öz nadir musiqisi ilə Hindistanda və ölkə xaricində böyük coşqu yaratmış və uğur qazanmışdır. Bəzi tənqidçilər "Indian Ocean"qrupunun musiqisini mənəviyyat, fəallıq, ətrafmühitçilik, müharibənin faydasızlığı və mifologiya kimi mövzuları özündə ehtiva edən müasir rokun, klassik Hind cazının, xalq musiqisinin vəhdəti kimi təsvir edirlər.

"Indian Ocean" musiqi qrupunun səfəri Hindistan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunmuş tədbirlərin tərkib hissəsini təşkil edir. Tədbirin təşkilatçıları olan Hindistanın Mədəni Əlaqələr Şurası (ICCR) və Hindistanın Azərbaycandakı Assosiasiyası (IAA) Azərbaycan musiqi sevərlərini hər kəsə açıq olan konsert proqramlarından zövq almağa dəvət etdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08