Uşaqlarda yoluxucu virusun əlamətləri və müalicəsi
Sağlamlıq
13 Sentyabr 2017 10:33

Uşaqlarda yoluxucu virusun əlamətləri və müalicəsi


Ağız-burun boşluğu, eyni zamanda, gözün selikli qişasından keçən bu virus xəstədə immunitet sistemini zəiflədərək ürək bulanması, qusma, qarın ağrısı və yüksək temperatur, ağız suyu ifrazının gəlməsi ilə müşahidə olunur.

Bu sözləri Axar.az saytına Bioloji Təbabət Klinikasının pediatr-endokrinoloq həkimi Həbibə Mirzəyeva deyib.

“Uşaqlar arasında yayılan virus hava-damcı yolu ilə keçir. Körpə, əsasən, iki yaşına qədər olan uşaqlar bunu daha ağır keçirir. Buna adi hal kimi baxmaq olmaz. Bunun üçün mütləq həkimə müraciət olunmalıdır, xəstə həkim müayinəsi və nəzarəti altında qalmalıdır. Eyni zamanda bu, vaxtında müalicə olunmadıqda sinir sisteminə təsir edə bilər, ona görə də ağır fəsadlar yaratmasının qarşısı alınmalıdır. Əlavə bakteriyaların yaranmasına əvvəlcədən immunet sistemini gücləndirərək mane olmaq lazımdır. Bunun qarşısı alınmasa, digər xəstəliklər yarana bilər. Ümumiyyətlə qorunmaqdan ötrü təbii qidalanma, immmunitet sisteminin gücləndirilməsi, təmiz havada olmaq əsas şərtdir. Bu virus qidadan keçmir. Yoluxucu xəstəlikdir. İmmunitet sistemi zəif olan insanlar həmin virusun daşıyıcısı ilə ünsiyyətdə olanda bu virusa yoluxur”.

Qeyd edək ki, son günlər azyaşlılar arasında ürək bulanması, qusma, qarın ağrısı və yüksək temperaturla həkimə müraciət halları artıb.

Ünvan: Bakı; Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri-110

Telefon: (012,050,055,070) 430 89 89

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08