Zappakosta vurduğu qol haqda: "Ötürmə etmək istəyirdim"
İdman
13 Sentyabr 2017 10:34

Zappakosta vurduğu qol haqda: "Ötürmə etmək istəyirdim"


Xoşbəxtəm. Bu cür debütü ancaq arzulamaq olardı.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözlər "Çelsi"nin futbolçusu Davide Zappakostaya məxsusdur.

İtaliyalı müdafiəçi UEFA-nın rəsmi saytına açıqlama verib. O, Çempionlar Liqasının (ÇL) qrup mərhələsi çərçivəsində keçirilmiş "Çelsi" - "Qarabağ" matçı (6:0) haqda danışıb.
 
Zappakosta Azərbaycan çempionuna vurduğu qol barədə də fikirlərini bildirib: "Stemford Bric"də fərqlənməyi bacardım. Buna görə çox sevinirəm. Amma ilk növbədə, qələbə qazandığımız üçün şadam. Açığı, vurduğum qol epizodunda hava ötürməsi etmək istəyirdim. Lakin top ayağıma yaxşı "oturduğundan", qapıya getdi".
 
25 yaşlı oyunçu ÇL-də ilk hədəflərinin qrupdan çıxmaq olduğunu vurğulayıb: "Məqsədimiz bacardığımız qədər irəli getməkdi. Bu tempdə davam edəcəyik. İlk növbədə isə qrupdan çıxmağı planlaşdırırıq".
 
Qeyd edək ki, "Qarabağ" qrupda ikinci matçını sentyabrın 27-də "Roma"ya, "Çelsi" isə "Atletiko"ya qarşı keçirəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08