Kriptovalyutanın yarada biləcək problemləri
Maraqlı
13 Sentyabr 2017 11:24

Kriptovalyutanın yarada biləcək problemləri


Bu mürəkəb mövzunu müzakirə edən The Guardian ekspertlərinin fikrincə, kriptovalyuta mövzusu təkcə maliyyə bazarlarını deyil, bütün dünya biznesini narahat edir. Bu ekspertlər etiraf edirlər ki, ABŞ maliyyə sektorunun rəsmi təmsilçiləri bitkoin və bu maliyyə məhsulunun analoqlarının möhtəkirlik alətinə çevrilməsindən narahatdırlar. Bu baxımdan ABŞ-da tənzimləmə normalarının sərtləşdiyi üçün tədbirlər görüləcəyi heç də istina deyil.

Keçən həftə ABŞ maliyyə bazarlarını nəzarətdə saxlayan Qiymətli Kağızlar üzrə Komissiyası rəsmi xəbərdarlıq buraxdı. Orada deyilirdi ki, rəqəmsal aktivlərin satılması üzrə virtual təşkilatların təklifi QKK-la əməliyyat haqda Federal Qanunvericilik düşür. QKK öz mövqeyini açıqlayandan sonra rəqəmsal bazarın volotilliyi* qalxdı. provayderləri tərəfindən emitasiya olunan rəqəmsal xidmətlərin ənənəvi səhmlərin satışı kimi risk qüvvədədir. *Volatillik, Forex bazarında investisiya vasitəsinin qiymətindəki dəyişiklik deməkdir. Bu dəyişiklik maliyyə alətinin müəyyən bir zaman intervalında riskini ölçür. Qiymətlərin, ortalama qiymətdən nə qədər uzaqlaşdığını ölçdüyümüz volatillik anlayışına "Dalğalanma səviyyəsi" də deyilir. (investaz.az).

İngiltərə bankının fikrincə, Böyük Britaniyanın əsas maliyyə tənzimləyicisi olan ənənəvi pullar - funt, dollarla virtual valyuta arasında fərq böyükdür. Belə ki, virtual alətlər insanlar üçün pulları məhdud miqyasda və dar çərçivədə əvəz edir. Bank təmsilçisi bildirdi ki, tənzimləyicilər bazarın inkişafını diqqətdə saxlayır. Britaniya maliyyə bazarında istehlakçıların hüquqlarının müdafiəsi təşkilatı Financial Conduct Authority hazırda virtual valyutaların yayılmasının nəticəsini öyrənir və ilin sonunadək bu istiqamət üzrə Məruzə hazırlamaq fikrindədir.

The Guardian görə tənzimləyicilərin virtual valyutadan narazılığının səbəbi odur ki, bu alərtlər bu gün daha çox investisiya kimi istifadə olunur, nəinki ödəmə vasitəsi kimi. Daha çox yayılmış rəqəmsal valyutalar olan bitkoin və efirin qiymətinin artması fonunda kriptoqrafiya maliyyə alətləri bazarının ümumi həcmi bu yaxınlarda 100 milyard ABŞ dollarına (76 milyard funt sterlinq) çatmışdır. Analitiklər etiraf edirlər ki, bu yaxınlaracan az məlum olan valyutaları indi artıq bütün dünya tanıyır, əmtəə və xidmətlərə ödənişlər qəbul edilir. Məsələn, istehlakçı bu gün bu vasitə ilə "Dell" kompüteri ala bilər, bir sıra ABŞ şirkətləri "Wallmart", "Amazon", "Nike" hədiyyə kartları ilə kriptovalyuta vasitəsilə ödəniş edə bilərlər. Böyük Britaniyada teatr və konsert biletləri şirkəti olan "Theatre Tickets Direct" Londonun mərkəzində yerləşən "West End" tamaşaları üçün bitkoinlə satış həyata keçirir. Böyük Britaniyada "Kraft" pivəsinin onlayn satışını həyata keçirən nəhəng "Honest Brew" supermarketi artıq xeyli müddətdir ki, bu üsuldan istifadə edir.

Dünyanın başqa tərəfində - Yaponiyanın lou-kaster aviaşirkəti "Peach Aviation" bu yaxınlarda bitkoin qəbulu elan etdi və biletlərin ödənişinə görə kriptovalyuta qəbul edən ilk Yapon alış şirkəti oldu. Bundan başqa, "The Guardian" yazır ki, indi artıq bəzi yerlərdə əmək haqqı da bitkoinlə verilir. Ekspertlər qeyd edirlər ki, xüsusi ixtisaslaşmış birjalarda və "EBay" kimi veb-saytlarda kriptovalyuta satan maynerlər adlanan alıcılar qrupu meydana gəlmişdir.

Bitkoin 2009-cu ildə proqram təminatının anonim işçisi tərəfindən kəşf olundu. Vahidlərin yayılmış reestrin (blokçeyn) innovasiya texnologiyasına əsaslanan ilk partiyası dövriyyəyə buraxıldı. O da xronoloji qaydada həyata keçirilən bütün transaksiyaları yazır və onlara açıq müdaxilə etmək imkanına malikdir.

Bitkoinlərin alıcıları və satıcıları anonimdirlər(!). Ən vacibi isə odur ki, kriptovalyuta ilə bütün əməliyyatlar transparentdir və demək olar ki, bank və brokerlər vasitəsilə transaksiya komissiyasindan fərqli olaraq ləngimədən həyata keçirilir. Elə buna görə də analitiklər qeyd edirlər ki, bitkoinlər yüksək texnologiya şirkətlərinin ağlagəlməyən rəğbətini qazandı, onlar bu yeni alətlərdə nəhəng bank institutları vasitəsilə transsərhəd köçürmələrinə alternativ tapdı. Narkotiklərin onlayn alışı və çirkli pulların yuyulması zamanı innovasion valyutanın istifadəsi zamanı hər zaman ləngimə müşahidə olunur. Eləcə də ekspertlər təsdiq edirlər ki, bu proses daha çox nəzarətdədir.
Britaniya ekspertləri qeyd edirlər ki, bu ildə bitkoin və efirin katirovkası daha az valyuta olan qrafikini, investorların əhvalından asılı olaraq qalxan və enən səhmlər bazarında populyar olan səhmləri xatırladır.

Bitkoinlərin qiyməti il ərzində 3 dəfə, son 6 ay ərzində 2 dəfə qalxmış, 2017-ci ilin avqust ayının sonunda 5000 ABŞ dollarına çatmış və sonradan sentyabr ayının əvvəlində 4100 ABŞ dollarına düşmüşdür.

İndi bitkoin əsasında olan blokçeyn iki istiqamətə bölünür, belə ki, bitkoin istifadəçilərinin bir qismi layihənin inkişaf istiqamətinə qane olmayaraq "Bitcoin Caşh" alternativ valyutasını buraxdılar. Analitiklər hesab edirlər ki, yeni vahid "köhnə" bitkoinin az bir hissəsinə bərabər olacaq. Bu gün bir sıra analitiklər cari ilin sonunadək bitkoin kotirovkasının 6000 dollara çata biləcəyini proqnozlaşdırırlar. Bu isə XVII əsrdə Hollandiyada "zambaq qızdırmasına" oxşar klassik köpüyü xatırlatmağa başlayır.

Keçən il Yunanıstanda Rusiya vətəndaşı Aleksandr Vinnik həbs olundu. O, kriptovalyuta yaranandan onu istifadə edərək milyon funt sterlinq mənimsəməkdə ittiham olunur. Oğurlanmış bitkoinlər arasında hətta Mt Gox birjasının baş tutmayan layihəsinin sındırılması zamanı itən vahidlər də olmuşdur. Vinnik bitkoin birjası, BTC operatoru kimi ABŞ Ədliyyə nazirliyində qeydiyyata alınmışdır. Ehtimal olunur ki, o, 2011-ci ildən kompüter sındırılmasından tutmuş narkotik kontrabandasına qədər 4 milyard dollar vəsaitin yuyulmasını həyata keçirmişdir. ABŞ hakimiyyəti hesab edir ki, saxlanılan şəxs Yaponiyada yerləşən, 2014-cü ildə kompüter sındırılması ilə əlaqədar öz fəaliyyərini dayandıran Mt Gox birjası ilə əlaqəlidir.

"The Guardian" məqaləsində göstərilir ki, Rusiya tənzimləyiciləri kriptovalyutanın qanunsuz məqsədlərdə istifadəsindən narahatdırlar. Üstəlik onların pul və yaxud maliyyə aktivləri kimi dəqiq qiymətləndirilməsi hələ müəyyn olunmayıb. Rusiya Milli Bankının sədri Elvira Nabiulina hesab edir ki, kriptovalyuta rəqəmsal aktiv kimi tənzimlənməlidir: "Biz bitkoinin virtual valyuta kimi qəbul edilməsinə razı deyilik". "The Guardian" fikrincə, gələn il Rusiya tənzimləyiciləri bitkoini və digər kriptovalyutanı qanuni maliyyə alətləri kimi tanımağı planlaşdırır. Bu, yəqin ki, şübhə doğuran əməliyyatların təqib olunmasını asanlaşdırmalıdır. Buna təsdiq kimi, 2017-ci ilin iyul ayında Moskva şəhərinin ən dəbdəbəli sayılan "Barvixa" adlı ərazidə nəhənq bir mülk bitkoinla satılmışdır. Moskva şəhərində bitkoinlə daşınmaz əmlakın alqı-satqısını "M9 Development" şirkəti və internet maqazinlər artıq fəaliyyət göstərməkdədir.

Amerika QKK isə möhtəkirlər tərəfindən təzyiqlərə məruz qalır, çünki onlar bitkoin və bu kimi vahidlərin ümumi qəbul olunmuş investisiya aləti kimi tanınmasını təklif edirlər. Lobbistlərin siyahısına möhtəkirlər - Kemeron və Vinklvoss Tayler qardaşları daxildir. Qardaşlar Mark Tsukerberqi onlardan "Facebook" ideyasını oğurlamaqda təqsirləndirirlər və ondan 65 milyon dollar cərimə almışlar. Qardaşlar xeyli müddətdir ki, kriptovalyuta ilə əlaqəli bir çox şirkətlərin benefisarı kimi tanınır. Eləcə də kotirovkası bitkoinə bağlı olan SEC fondun buraxılması. Onlar belə təsdiq edirlər ki, "bitkoin qızıldan yaxşıdır". Lobbist iş artıq 3 ildir ki, davam edir. Lakin bu ilin martında fonda icazə vermək təklifi SEC tərəfindən rədd edildi, bu isə onsuz da kriptovalyutanın kotirovkalarının volotilli enməsinə gətirdi. Lakin qardaşlar geri çəkilmirlər, hesab edirlər ki, onların ideyasının leqallaşmasının mümkün ola bilməsi - iri həcmdə yeni tənzimləmə aktlarının qəbulunu tələb edən vaxt o qədər də uzaqda deyil.

Dünyada baş verən maliyyə bazarının inkişafı, Azərbaycanda da bitkoinlərin alqı-satqısının yayılmasına təsir göstərmişdir. Belə ki, Rusiya, Baltiya Dövlətləri və Gürcüstandan bitkoin satıcıları Bakıya şəhərinə gələrək burada kriptovalyutanın alqı-satqısı ilə məsgul olurlar.

Bitkoinlərin dünyada yayılması və inkişaf etməsi terrorçu təşkilatların, narkobiznes kartellərin "çirkli pulların" yuyulmasında istifadə etmələri aksiomadır. Bu istiqamətdə mübarizənin davamlı olaraq aparılması məqsədi ilə bitkoinlə bağlı beynəlxalq təcrübəni istifadə edərək qanuvericiliklə tənzimlənməsinin təmin olunması barədə artıq vaxtdır.

Əziz İsmayıl oğlu Əzizov,

UNEC-in dissertantı

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 sentyabr

Astroloji proqnoz - 21 sentyabr

21 Sentyabr 2017 00:13