17 aylıq qızın ən yaxın, kar dostu - VİDEO - FOTO
Maraqlı
13 Sentyabr 2017 12:14

17 aylıq qızın ən yaxın, kar dostu - VİDEO - FOTO


Onu öldürmək istəyirdilər. Qoymadım, evə gətirdim. O vaxtdan bəri Cenninin ən yaxın, ən sədaqətli, ən səmimi dostudur.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın Nyu-York şəhərində yaşayan Cenni Merio Duayerin dediyinə görə, 17 aylıq qızı Cenni köpək Exonu çox sevir.

"Exo" adlı köpək də Cenninin ən sədaqətli dostudur.

Alman doqu cinsli Exo kar olduğundan əvvəlki sahibi onu sığınacağa verib inyeksiya vasitəsilə öldürtmək istəyirdi.

Duayer həmin gün təsadüfən sığınacaqda olub, Exonu gözləyən "prosedur"dan xəbər tutub və iti oradan alaraq evə gətirib.

Həmin gündən Exo balaca Cenni ayrılmaz dostlardır.

"Exo qızımı çox sevir. Onlar birlikdə gəzintiyə çıxırlar. Bu zaman qızıma yad insan yaxınlaşanda Exo dərhal Cenninin qarşısında durur və oturur. Yox, Exor aqressiv deyil: o, sadəcə, qızımın təhlükəsizlikdə olduğunu yəqin etmək istəyir", - Cenni deyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Körpə qız ən sədaqətli dostu ilə











loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR