Əməkdar artist səhhətindən danışdı
Şou-Biznes
13 Sentyabr 2017 13:14

Əməkdar artist səhhətindən danışdı


Əməkdar artist Natiq Şirinov səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, nağara ifaçısı bildirib ki, "ATV maqazin onlarla" verilişində əməliyyat olunması haqda dediyi sözlərdən sonra yaxınları onun üçün narahat olublar. O, əməliyyatın 2004-cü ildə olduğunu söyləyib:

"Xırda damarlarda tutulmalar yaranmışdı. Amma bu, artıq keçmişdə qalıb. Hazırda səhhətimdə heç bir problem yoxdur. Mütəmadi olaraq da müayinələrdən keçirəm. Narahat olunacaq bir səbəb yoxdur. Bir-birinin ardınca konsertlərimiz olur. 

Bu yaxınlarda Gürcüstanda "One Caucasus" festifalinda və Soçidə səfərdə olmuşuq. Bu xəbərdən sonra mənə görə narahat olan dəyərli xalqıma minnətdarlığımı bildirirəm. İrəlidə gözəl proyektlər və görəcəyimiz çox işlər var".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 noyabr

Astroloji proqnoz - 21 noyabr

21 Noyabr 2017 00:13
Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08