Bu geyimlər Nyu-Yorku şoka saldı - FOTO
Maraqlı
13 Sentyabr 2017 13:14

Bu geyimlər Nyu-Yorku şoka saldı - FOTO


"Dazed & Confused" brendinin baş modelyeri, habelə "Helmut Lang" brendinin baş dizayneri İzabella Berlinin dediyinə görə, onun əsas məqsədi dünyaca məşhur modelyer, 61 yaşlı avstriyalı Helmut Lanqı "Helmut Lang" brendinə qaytarmaqdır.

Milli.Az Fashion TV-yə istinadən bildirir ki, dizayner 10 il əvvəl brendi tərk edib və onunla birlikdə də "Helmut Lang"ı digər brendlərdən fərqləndirən, tanıdan estetika da getmişdi.

"Helmut Lang"ı "diriltmək" missiyası qalmaqallı, epatajlı kolleksiyaları ilə ad çıxarmış "Hood By Air"in baş dizayneri Şeyn Oliverə həvalə olunub.

Oliver də Nyu-Yorkda keçirilən "New York Fashion Week"də tamaşaçılarla bahəm, modelyerləri, dizaynerləri və media mənsublarını şoka salıb.

Lanqın əfsanəvi minimalizmi ilə agenderliyinə aqressiv, hətta fetişist çalarlar əlavə edən Şeyn Oliver 1990-cı illərdə populyar olan dəri plaşları və şalvarları, kəmərləri, assimetrik teylorinqi, habelə printlərdəki neymdroppinqi geri qaytarıb.

"HELMUT Autumn Tour"sloqanlı kolleksiyanın nümayişi zamanı modellərdən biri "Uncommon action in a society of repressed thoughts" ("Repressiya edilmiş fikirlər cəmiyyətində qeyri-adi hərəkət") yazılmış qəzet tutmuşdu.

Milli.Az










































loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 fevral

Astroloji proqnoz - 19 fevral

19 Fevral 2018 00:48
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 14 fevral

Astroloji proqnoz - 14 fevral

14 Fevral 2018 00:38
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08