Gürcüstanda yaşayan bir qrup müsəlman etiraz aksiyası keçirib
Dünya
13 Sentyabr 2017 13:16

Gürcüstanda yaşayan bir qrup müsəlman etiraz aksiyası keçirib


Tbilisi. 13 semtyabr. REPORT.AZ/ Gürcustanda yaşayan musəlmanlar bu gün Tbilisidə ölkə parlamentinin binası önündə etiraz aksiyası keçiriblər.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, aksiya iştirakçıları Myanmada musəlmanların qətlə yetirilməsinə etraz edib, dünya birliyini bu məsələyə diqqət yətirməyə çagirıblar. 
Onlar "Müsəlmanların qətliamına son qoyulsun", "Bütün insanlar qardasdırlar", "Dini ayrıseçkiliyə son" şüarları səsləndiriblər.
Aksiyada iştirak edən Gürcüstandakı Babtist kilsəsini yepiskopu Malxaz Şanqulaşvili deyib ki, Myanmada və digər ölkələrdə müsəlmanların qətlə yetirilməsi insanlığa qarşı cinayətdir: "Bu cür cinayətlərə son qoyulmalıdır. Biz müslmanlarla qardaşıq və belə də olacağıq".
Gürcüstandakı "İmam Əli" məscidinin axundu, tədbirin təşkilatçılarınfan biri Hacı Hacıyev deyib ki, məqsəd müsəlmanlara qarşi törədilən cinayətlərə son qoyulmasına nail olmaqdır.
Aksiya iştirakçıları sonra BMT -nin Tbilisidəki iqamətgahina qədər yürüş ediblər. Numayandaliyə etiraz bəyanatı təqdim.olunub

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Ən şanssız qan qrupları

Ən şanssız qan qrupları

19 Noyabr 2017 22:14
Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03