Almaniya da transfer pəncərəsini qısaltmaq istəyir
İdman
13 Sentyabr 2017 13:54

Almaniya da transfer pəncərəsini qısaltmaq istəyir


İngiltərənin ardından Almaniya çempionatında da yay transfer pəncərəsinin müddətini azaltmaq məsələsi gündəmə gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu təşəbbüslə Almaniya Futbol Federasiyasının prezidenti Raynhard Rauball çıxış edib. O, təklifini UEFA və FİFA-ya da çatdırmaq niyyətində olduğunu bildirib.

"Bu məsələni federasiyanın növbəti toplantısında müzakirəyə çıxaracam. Dekabrda bununla bağlı səsvermə keçiriləcək. 36 peşəkar klubun çoxu təklifə müsbət yanaşsa, beynəlxalq futbol qurumlarına müraciət ediləcək. Həmin vaxt Avropada yay transfer pəncərəsi, məsələn, avqustun 1-də bağlanacaq. Transfer anlaşmalarının "Financial fair play"ə uyğun gəlməsi üçün UEFa bu qaydaları yenidən işləməlidir" - Rauball qeyd edib.

Bu təşəbbüslə "Bayer Munxen"in rəsmisi Karl-Haynz Rummenige çıxış etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 noyabr

Astroloji proqnoz - 21 noyabr

21 Noyabr 2017 00:13
Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08