AFFA İntizam Komitəsi "Zirə"nin baş məşqçisinə xəbərdarlıq edib
İdman
13 Sentyabr 2017 14:26

AFFA İntizam Komitəsi "Zirə"nin baş məşqçisinə xəbərdarlıq edib


Bakı. 13 sentyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Zirə" komandasının baş məşqçisi Ayxan Abbasova xəbərdarlıq edib. 
"Report"un məlumatına görə, səbəb gənc mütəxəssisin "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının IV tur matçının 90+1-ci dəqiqəsində baş hakim Ömər Paşayevə sərt formada etirazı olub. 
Abbasov "Zirə"nin qapısına penalti təyin olunduğu epizoddan sonra narazılığını bildirib. Sonradan o, penaltiyə görə yox, vaxtın 5 dəqiqə uzadılması ilə əlaqədar belə hərəkətə yol verdiyini açıqlayıb. 
İntizam Komitəsi, bu hal yenidən baş verəcəyi təqdirdə, Abbasovun cəzalanacağını bəyan edib.
Qeyd edək ki, "Qəbələ" - "Zirə" matçında qalib müəyyənləşməyib. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 24 fevral

Astroloji proqnoz - 24 fevral

24 Fevral 2018 00:08
Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08