Lempard "Qarabağı" İngiltərənin həvəskar komandaları ilə müqayisə etdi
İdman
13 Sentyabr 2017 14:44

Lempard "Qarabağı" İngiltərənin həvəskar komandaları ilə müqayisə etdi


"Çelsi"nin canlı əfsanəsi Frenk Lempard "zadəganlar"ın Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la keçirdiyi oyun barədə danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hazırda yayımçı BT Sport telekanalının eksperti kimi çıxış edən London təmsilçisinin keçmiş kapitanı Ağdam komandasının çıxışından narazılıq ifadə edib.

"Əlbəttə, Azərbaycan klubu "Çelsi" ilə eyni səviyyədə deyil. Onlar qılıncın küt tərəfini qaldırmışdılar. Çox pis, dəhşət doğuracaq müdafiə taktikası seçmişdilər. İngiltərənin "Sunday League" divizionunda (daha aşağı səviyyəli həvəskar komandaların yarışdığı liqa) elə komandalar var ki, daha mütəşəkkil müdafiə olunurlar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 sentyabr

Astroloji proqnoz - 21 sentyabr

21 Sentyabr 2017 00:13