Uşağın vaxtında dil açmasını istəyirsinizsə, bunları edin
Sağlamlıq
13 Sentyabr 2017 14:54

Uşağın vaxtında dil açmasını istəyirsinizsə, bunları edin


Milli.Az ailem.az-a istinadən loqoped Bəsirə Pənciyevanın məqaləsini təqdim edir.

Siz heç fikirləşmisinizmi ki, əgər uşaq gec danışırsa, buna səbəb olan böyük problem nə ola bilər?

Araşdırmalar onu göstərir ki, risk faktorları sırasında bir məsələ də var - jestlərdən məhdud istifadə.

Hansı jestlər var? Nədir jestlər?

Jestlər uşağın nitqdən öncəki mərhələdə, nitqin inkişaf mərhələsində, 1,5-2 yaşlı körpələrin birinci, qeyri-verbal ünsiyyət vasitəsidir. Nitq açılana qədər uşaqlar başa düşür ki, jestlərlə istədiklərini bildirməlidirlər. Məsələn, nəyisə istədikdə əllərini açaraq  "mənə ver" jestindən istifadə edirlər. Həmçinin, uşaqlar əl çalmaq, salamlaşmaq, vermək, göstərmək, şəkil çəkmək kimi jestlərdən istifadə edirlər.

Uşaqlara bu jestləri imitasiya yolu ilə öyrədirik. İnkişafı normal olan, həmçinin, normal nitq inkişafı gedən uşaqlarda imitasiya (hərəkətləri təkrarlama) bacarığı olmalıdır.

Nədir imitasiya? Nə üçün imitasiya və jestlər nitqin inkişafı üçün vacibdir?

İmitasiya uşaqların böyüklərin hərəkətlərini təkrarlamasıdır. Məsələn, oyun əsnasında, ata və ya baba uşaqla oynadığı zaman ata iməkləsə, uşaq da onu təkrarlayacaq, yaxud baba əl çalır və uşağa əl çal dedikdə o da əl çalmalıdır. Uşaq oyun zamanı partnyorunu təkrar etməlidir. Adətən nitqin inkişafı normal olan balacalar əvvəl jestlərdən istifadə edirlər və böyükləri təkrar edirlər. Bu təkrarları nitqdə də istifadə edirlər. Balacalar valideynlərin dediyi hecaları həmin anda təkrar etməyə başlayırlar. Əgər uşağınız jestlərdən istifadə etmirsə, nitq fəaliyyəti və fiziki hərəkətlər baxımından sizi təkrar etmirsə, bu zaman nitqdə problemin ləngimənin olmasından şübhələnə bilirik. Araşdırmalar göstərir ki, uşaqlarda jest və imitasiyasının olmasını, düzgün şəkildə istifadəsini 18-36 ay müddətində onun nitq bacarıqları kimi proqnozlaşdırmaq olar.

Jestlərin inkişafında mənfi əlamətlər!

Normal nitq inkişafı gedən uşaqlarda jestlərdən istifadə 9-10 aydan başlamalı və hər ay 2 yeni jest əlavə etməlidirlər. Ekspertlərin fikrinə görə, əgər uşaq 1 yaşında ən az 2 jest istifadə etmirsə, bu, uşağın nitqiylə bağlı narahat olmağımız üçün qırmızı bayraqdır.

Jestlərdən məhdud istifadənin diaqnostik nəticələri

Jestlərdən istifadə etməyən balacaların qeyri-verbal aspektləri ilə bağlı çətinlikləri var. Bu çətinliklər balacaların başqaları ilə qarşılıqlı fəaliyyəti ilə bağlıdır. Hazırki tədqiqat bizə deyir ki, jestdən erkən istifadə uşağın sosial bilgisi və nitqinin inkişafı üçün vacibdir. Əgər uşaq jestlərdən istifadə etmirsə, sizi təkrarlamırsa, autizm riskli kateqoriya ilə bağlı diaqnostik testindən keçmələri mütləqdir.

Uşağın jestlərdən istifadə bacarığını inkişaf etdirməyin yolları;

Balacalara jestlərdən istifadəni öyrətmək üçün edə biləcəyiniz çox şey var. Birinci model jestlər özünüzsünüz. Bunun üçün ən asan yol yenə imitasiya, yəni əl və ya başla istifadə edəcəyiniz hərəkətlərlə uşağa danışmağı öyrətməkdir. "Hə", "yox" demək üçün başı silkələmək, əllə öpüş yollamaq, beş vurmaq və ya uşaq mahnılarıyla imitasiya etmək.

Valideynlər üçün məsləhətlər

Əgər 1,5-3 yaşlı uşağınız jestlərdən istifadə etmirsə, sizi təkrar etmirsə, ilk olaraq uşaq psixiatrı, nevropatoloq, pediatr kimi səhiyyə işçilərinə müraciət etməlisiniz. Diaqnostik nəticə olaraq səhiyyə mütəxəssisiniz tərəfindən ehtiyac olduğu halda loqoped və psixoloqa yönlədiriləcəksiniz.

Biz mütəxəssislər autizm, nitq ləngiməsi, daun sindromu, ümumi psixi inkişaf ləngiməsi ilə bizə müraciət edən uşaqlarla təlim proqramımızda ilk öncə onlarda imitasiyanı, yəni təkrarı yaratmağa çalışarıq. Erkən müdaxilə olaraq jestlərdən istifadəni qazandırırıq.

Əsasən sual olunur ki, uşağım nə zaman sizi təkrar edə biləcək, jestlərdən istifadə edə  və ya danışa biləcək. Uşağın problemindən asılı olaraq, müsbət nəticəni əldə etmək müddəti də müxtəlifdir. Loqopedik məşğələlər həftədə ən az 3 dəfə məsləhət görülür. Məşğələlərin çox verilməsi uşağın müsbət nəticəsini tez əldə etməkdə bizə kömək edir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08