Qamburger sevənlərə bəd xəbər
Sağlamlıq
13 Sentyabr 2017 15:22

Qamburger sevənlərə bəd xəbər


“Fast food” məhsullarını sevənlər və tez-tez yeyənlər, verəcəyimiz bu məlumatlar və görüntülər qarşısında çox təəccüblənəcəksiniz.

Metbuat.az xəbər verir ki, İngiltərənin Nottingem Universitetində araşdırmaçılar qamburger yediyiniz zaman mədənizdə nələr baş verdiyini göstərən araşdırma aparıblar.

Mədə turşusunun duz turşusu ilə bərabər olduğunu qeyd edən elm adamları, qamburgeri içərisində duz turşusu (xlorid turşusu) olan suya batırıb, mədədə nə hala gəldiyini açıq şəkildə görə bilib.

Araşdırmaçılar 3 saatdan sonra qamburgeri duz turşusunun içərisindən çıxartdıqlarında onun ərimədiyini, əksinə şişdiyini görüblər. Bu o deməkdir ki, qamburger mədənizdə ərimək yerinə şirir və ciddi sağlamlıq problemlərinə səbəb olur.

İnternetdə video olaraq yayılan bu xəbər tez bir zamanda 17 milyon insan tərəfindən izlənilib.

Aysel Yaqubqızı / Metbuat.az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03
Qaxda mağaza yandı

Qaxda mağaza yandı

19 Noyabr 2017 03:47