"Qəbələ" və "Kəpəz" cəzalandırıldı
İdman
13 Sentyabr 2017 15:44

"Qəbələ" və "Kəpəz" cəzalandırıldı


İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Topaz Premyer Liqasının IV turunun "Qəbələ" - "Zirə" matçının 90+1-ci dəqiqəsində "Zirə" klubunun baş məşqçisi Ayxan Abbasov oyunun baş hakiminə sərt etiraz edib. Buna görə Ayxan Abbasova xəbərdarlıq olunur. Bu hal yenidən baş verəcəyi təqdirdə məşqçi cəzalanacaq.

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun "Qəbələ" - "Zirə" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.

Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun "İnter" - "Kəpəz" matçında "Kəpəz" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03
Qaxda mağaza yandı

Qaxda mağaza yandı

19 Noyabr 2017 03:47