Opera və Balet Teatrında mövsümün ilk premyerası keçiriləcək
Mədəniyyət
13 Sentyabr 2017 16:01

Opera və Balet Teatrında mövsümün ilk premyerası keçiriləcək


Bakı. 13 sentyabr. REPORT.AZ/ Akademik Opera və Balet Teatrında 109-cu mövsümün ilk premyerası keçiriləcək. 
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oktyabrın 7-də xalq artisti Cahangir Cahangirovun "Xanəndənin taleyi" operasının ilk nümayişi olacaq. 
C.Cahangirov "Xanəndənin taleyi" operasını 1978-ci ildə qələmə alıb və həmin ildə opera səhnəyə qoyulub. Maraqlı süjet xətti olan tamaşa XX əsrin əvvəllərində Azərbaycanda çox məşhur olan müğənni Mir Səidin taleyindən, onun hələ gənc ikən Avropaya mühacirət etməsi, qürbətdə vətən həsrəti ilə yaşamasından bəhs edir.
Operanın ilk quruluşunda əsas partiyanı mərhum sənətkar, xalq artisti Baba Mahmudoğlu ifa edib.
Yeni quruluşda isə əsas qəhrəmanın obrazını teatrın solisti əməkdar artist İlkin Əhmədov yaradacaq. Premyera tamaşasında həmçinin əməkdar artistləri Afaq Abbasova (Xanım), Fərid Əliyev (Rəşid bəy), Səbinə Vabahzadə (Gülsüm), Fəridə Məmmədova (Rəna), xalq artistləri Fidan Hacıyeva və Gülyaz Məmmədova (Xanəndə qız), solistlər Tural Ağasıyev (Aşur bəy), Fəhmin Əhmədli (Qasım), Tələt Hüseynov (Məmməd) çıxış edəcəklər.
Tamaşanın musiqi rəhbəri və dirijoru xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
İki pərdəli opera tamaşası üçün çox baxımlı və rəngarəng dekorasiya və kostyumlar hazırlanıb. Səhnə tərtibatı və kostyum eskizlərinin müəllifi isə əməkdar mədəniyyət işçisi, rəssam Tehran Babayevdir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

İrəvanda partlayış oldu

İrəvanda partlayış oldu

20 Yanvar 2018 01:12
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08