Dünya Güləş Birliyinin prezidenti: "Yeni qaydalar bu idman növünü daha cəlbedici və sürətli edəcək"
İdman
13 Sentyabr 2017 16:01

Dünya Güləş Birliyinin prezidenti: "Yeni qaydalar bu idman növünü daha cəlbedici və sürətli edəcək"


Bakı. 13 sentyabr. REPORT.AZ/ "Hazırkı sərbəst güləş qaydalarında dəyişikliyə ehtiyac yoxdur. Bunlar idmançılara çox baxımlı görüşlər nümayiş etdirmək imkanı verir. Rusiyalı Abdulrəşid Sadullayevlə ABŞ təmsilçisi Kayl Snayderin son dünya çempionatının finalındakı görüşü parlaq nümunə oldu".
"Report"un məlumatına görə, bunu TASS-a açıqlamasında Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç deyib. Serbiyalı funksioner yunan-Roma güləşindəki dəyişikliklərə də toxunub. Onun fikrincə, 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək qaydalar güləşi daha da cəlbedici və sürətli edəcək: "Belə dəyişikliklər bizə lazım idi. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi daha cəlbedici olacaq. Sərbəst güləşə isə toxunmayacağıq. Dünya çempionatında fantastik dərəcədə maraqlı finallar olacaq. Əvvəllər bunlar olmayıb".
Qeyd edək ki, UWW Bürosu avqustda Fransanın paytaxtı Parisdə keçirilmiş dünya çempionatında passivliyə görə parterə qoyulma qaydasını geri qaytarıb. Bu qayda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra ləğv edilmişdi.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 fevral

Astroloji proqnoz - 19 fevral

19 Fevral 2018 00:48
Astroloji proqnoz - 20 fevral

Astroloji proqnoz - 20 fevral

20 Fevral 2018 00:03
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 14 fevral

Astroloji proqnoz - 14 fevral

14 Fevral 2018 00:38
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08