İraq XİN təmsilçisi: “Ərəb dövlətləri kürdlərin referendum keçirməsinə qarşıdırlar”
Dünya
13 Sentyabr 2017 16:46

İraq XİN təmsilçisi: “Ərəb dövlətləri kürdlərin referendum keçirməsinə qarşıdırlar”


Bakı. 13 sentyabr. REPORT.AZ/ “Ərəb dövlətləri yekdilliklə İraqın şimalında yerli kürd hökumətinin müstəqilliklə bağlı referendum keçirməsinə qarşıdırlar”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Camal bildirib.
“Ərəb Dövlətləri Liqasının XİN başçıları Şurasının müşavirəsində ərəb dövlətləri İraqın şimalındak kürd yerli hökumətinin referendum keçirmək haqqında qərarını yekdilliklə rədd ediblər. Ərəb dövlətləri İraqın ərazi bütövlüyünün bölgədə təhlükəsizlik və sabitlik amili olduğunu dəstəklədiklərini bildiriblər ”, - deyə o, vurğulayıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR