Bakı-Şamaxı avtomobil yolunun Müşviqabad qəsəbəsindən keçən hissəsində işlər yekunlaşdırılıb
Ölkə
13 Sentyabr 2017 16:47

Bakı-Şamaxı avtomobil yolunun Müşviqabad qəsəbəsindən keçən hissəsində işlər yekunlaşdırılıb


Bakı. Trend:

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşviqabad qəsəbəsindən keçən 1.9 km-lik hissəsində tikinti işləri yekunlaşdırılıb.

"Azəravtoyol"dan Trend-ə verilən məlumata görə, layihənin icrasına ötən ilin avqust ayında start verilib.

Aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 7.5 m-dən 22.5 metrə qədər genişləndirilib. 1 metr enində ayrıcı zolaq və 1.5 metr enində piyada səkiləri də daxil olmaqla yol yatağının ümumi eni 29.5 metr təşkil edir.

Qəsəbədən avtonəqliyyat vasitələrinin yola asan girişini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 4.5 metr enində kollektor yolların inşası, Müşfiqabad qəsəbəsinə daha təhlükəsiz giriş-çıxışını təmin etmək üçün mövcud yol ötürücüsündən istifadə etməklə 300 metr uzunluğunda qəsəbədaxili yolun, həmçinin drenaj şəbəkəsinin yenidən qurulması işləri də yerinə yetirilib.

2 yerdə metal konstruksiyalı yeni yerüstü piyada keçidləri inşa edilib.

Layihə çərçivəsində piyada keçidlərinin inşasına paralel olaraq sözügedən hissə boyu abadlıq işləri aparılıb, 5 avtobus dayanacağı, həmçinin zəruri olan yerrlərdə 130 yol nişanı və məlumatverici lövhə quraşdırılıb. Yolun sutkanın qaranlıq saatlarında işıqlandırılması üçün 9 və 12 metr hündürlükdə 83 işıq dirəyi quraşdırılıb.

Qeyd edək ki, “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən mühüm əhəmiyyətə malik Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-91-ci km-lik ( 77.7 km ) layihə hissəsinin I texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına (bəzi hissələrdə 6 zolaq) genişləndirilməsi yekunlaşdırılır.

Sözügedən avtomobil yolu 4 hissə üzrə yenidən qurulur. Artıq yolun 23.3-25.1 və 54.6-77.5-ci km-lik hissəsində yenidənqurma işləri tam olaraq yekunlaşdırılıb. Yolun 77.5-101-ci km-lik hissəsində son tamamlanma işləri aparılır, 25.1-54.6-cı km-lik hissədə isə işlər davam etdirilir və yaxın aylatr ərzində bu hissədə də işlər yekunlaşdırılacaq.

Ümumilikdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23.3-101-ci km-lik hissəsində layihə çərçivəsində Ceyrankeçməz çayı üzərində 2 yeni avtomobil körpüsü, 123 dairəvi boru, 14 düzbucaqlı su keçidi, 20 yeraltı keçid və 26 drenaj boru inşa edilib, 11 geri dönməni təmin etmək üçün xüsusi hissə və 8 yerüstü piyada keçidi isə inşa edilir.

Yaxın müddət ərzində isə yolun 101-117-ci km-lik (16 km) hissəsinin də yenidən qurulmasına başlanılacaq.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 noyabr

Astroloji proqnoz - 21 noyabr

21 Noyabr 2017 00:13
Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08