Dişləri QAR KİMİ ağardan YENİ ÜSULLAR
Sağlamlıq
13 Sentyabr 2017 17:03

Dişləri QAR KİMİ ağardan YENİ ÜSULLAR


Hər nə qədər gündə iki dəfə dişlərimizi fırçalasaq, onlara lazım olan qayğını göstərsək də, zaman keçdikcə dişlərimizdə ləkələr və saralmalar əmələ gəlir.

Publika.az bu xoşagəlməz halların qarşısını ala bilməyiniz üçün bir neçə üsul təqdim edir.

Zərdəçal

2 xörək qaşığı zərdəçal

2 xörək qaşığı karbonat

1 xörək qaşığı hind qozu yağı

Bütün bu ləvazimatları kiçik bir qabda məcun formasına gələnə qədər qarışdırın. Daha sonra hər gün istifadə etdiyiniz fırçadan başqa bir fırça ilə hazırladığınız məcun ilə dişlərinizi fırçalayın. Son addım olaraq dişlərinizi ilıq su ilə yuyun və güzgüyə baxaraq bəmbəyaz dişlərinizdən zövq alın.

Bu prosesi həftədə 2-3 dəfə tətbiq etsəniz, dişlərinizin bəyazlığı qalıcı olacaq.

Ev şəraitində tətbiq edə biləcəyiniz növbəti üsul isə karbonat maddəsi ilə dişlərin ağardılmasıdır. Karbonat rəng açan təbii bir maddədir.

İslaq diş fırçasını karbonata batırın və 2-3 dəqiqə ərzində asta hərəkətlərlə dişlərinizi fırçalayın. Bu üsulu da həftədə 2-3 dəfə, ardıcıl olaraq tətbiq etməyiniz lazımdır.
Karbonatla yanaşı, duzun və alma sirkəsinin də ağardıcı təsiri var. Xüsusilə, alma sirkəsi sarı ləkələri yox etmək mövzusunda olduqca effektivdir. Bu 3 məhsulu qarışdırıb birlikdə də istifadə etmək olar.

Banan qabığı ilə diş ağartmaq

Maqnezium və kaliumla zəngin olan banan qabığını dişlərinizi ağartmaq üçün rahatlıqla istifadə edə bilərsiniz. Dişlərinizi fırçaladıqdan sonra bir müddət banan qabığı ilə masaj edin və ilıq su ilə yuyun.

Unutmayın ki, çay, qəhvə və siqaret kimi qidaların dişlərin zərər görməsində və bəyazlığını itirməsində böyük payı var. Buna görə də dişlərinizi yuduqdan sonra bu faktorlara diqqət edin və dərhal bu qidaları qəbul etməkdən çəkinin.

Zümrüd

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

İrəvanda partlayış oldu

İrəvanda partlayış oldu

20 Yanvar 2018 01:12
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08