Keçmiş MTN polkovnikinin cinayət işində zərərçəkmiş iş adamı apellyasiya şikayəti verib
Ölkə
13 Sentyabr 2017 17:21

Keçmiş MTN polkovnikinin cinayət işində zərərçəkmiş iş adamı apellyasiya şikayəti verib


Bakı. 13 sentyabr. REPORT.AZ/ Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərov cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Vidadi Əzizov apellyasiya şikayəti verib.
"Report"un məlumatına görə, iş adamı olan V.Əzizov Bakı Hərbi Məhkəməsinin hökmündən narazı olduğu üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. O, M.Əsgərovun cəzasının ağırlaşdırılmasını istəyib.
V.Əzizov həmçinin M.Əsgərova qarşı 193 min manat, Azərbaycan dövlətinə qarşı 1 milyon 200 min manat mülki iddiasının təmin olunmasını da tələb edib. 
Xatırladaq ki, M.Əsgərovun özü də məhkəmə hökmündən apellyasiya şikayəti verib. O, günahsız olduğunu, V.Əzizov tərəfindən şərlənməsi nəticəsində həbs edildiyini qeyd edib.
Qeyd edək ki, M.Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunur.
O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilib.
Bakı Hərbi Məhkəməsində, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, zərərçəkmişin mülki iddiası rədd edilib, təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakı və onun evindən götürülmüş pul M.Əsgərovun özünə qaytarılmalıdır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 noyabr

Astroloji proqnoz - 21 noyabr

21 Noyabr 2017 00:13
Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08