Sobada kartoflu toyuq yeməyi
Digər
13 Sentyabr 2017 17:22

Sobada kartoflu toyuq yeməyi


Toyuqdan nə bişirəcəyinizi bilmirsinizmi?

Metbuat.az sobada kartoflu toyuq yeməyinin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

1 ədəd bütöv toyuq

4 ədəd orta boy kartof

2 yemək qaşığı zeytun yağı

1 ədəd limon suyu

2 budaq ətotu

1 yemək qaşığı kəklikotu

1 çay qaşığı duz

Hazırlanması:

Limon suyu, zeytun yağı, duz və kəklikotunu kiçik qabda qarışdırın. Toyuğu sous ilə ovun, ləzzət verməsi üçün bir budaq ətotunu toyuğun içərisinə qoyduqdan sonra soba sinisinin orta hissəsinə yerləşdirin.Qabığını soyduğunuz kartofları, kub formasında kəsin. Qalan ətotu ilə qarışdırdıqdan sonra soba sinisinə toyuğun yan qismlərinə düzün. Öncədən isidilmiş 180 dərəcədə 45 dəqiqə bişirin. Bişdikdən sonra servis edin.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 noyabr

Astroloji proqnoz - 17 noyabr

17 Noyabr 2017 00:13
Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08