"Mehman Əliyevin həbsdən buraxılması müsbət haldır" - Həmməruzəçilər
Digər
13 Sentyabr 2017 17:47

"Mehman Əliyevin həbsdən buraxılması müsbət haldır" - Həmməruzəçilər


AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda Bakıya səfər öncəsi “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən buraxılmasına münasibət bildirib.

 

APA-nın AŞPA-nın saytına istinadən verdiyi xəbərə görə, həmməruzəçilər M. Əliyevin həbsdən azad olunmasını müsbət hal kimi qiymətləndiriblər. 

 

Qeyd edək ki, həmməruzəçilərin sabah Azərbaycana səfəri gözlənilir. Sentyabrın 16-dək davam edəcək səfər zamanı onlar  Azərbaycan prezidenti, Prezident Administrasiyasının rəhbəri və ədliyyə naziri ilə görüşəcəklər. Parlamentin sədri və AzərbaycanınAŞPA-dakı nümayəndə heyəti ilə də görüş olacaq.

 

Həmməruzəçilər həmçinin vətəndaş cəmiyyəti üzvləri, jurnalistlər və həbsdə olan şəxslərin vəkilləri ilə görüşmək niyyətindədirlər. Həmçinin, onlar həbsdə olan şəxslərlə fərdi söhbət aparmaq barədə müraciət ediblər. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

İrəvanda partlayış oldu

İrəvanda partlayış oldu

20 Yanvar 2018 01:12
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08