Bilik Fondunda 700 bal toplayan abituriyentlərlə görüş olub (FOTO)
Ölkə
13 Sentyabr 2017 18:37

Bilik Fondunda 700 bal toplayan abituriyentlərlə görüş olub (FOTO)


Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda 2017-2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərlə görüş keçirilib.

Trend-in məlumatına görə, görüşdə Fondun əməkdaşları və Könüllülər Birliyinin üzvləri, tələbə adını qazanmış abituriyentlərin valideynləri iştirak ediblər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov tələbələri yeni dərs ilinin başlanması münasibəti ilə, həmçinin göstərdikləri yüksək nəticəyə görə təbrik edib, onlara gələcək təhsil və karyera yolunda uğurlar arzulayıb. Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini sitat gətirən O.Səmədov gəncləri bundan sonra daha da səylə çalışmağa, Azərbaycanın gələcəyi üçün savadlı və gərəkli kadrlar kimi yetişməyə, ölkənin insan kapitalını zənginləşdirməyə çağırıb.

Müstəqil həyata qədəm qoyan tələbələr tanınmış kulturoloq, professor Fuad Məmmədovun elm, təhsil sahəsində uğur qazanmaq, həyatda layiqli yerlərini tutmaq, gərəkli vətəndaş olmaq üçün verdiyi dəyərli tövsiyələri dinləyib, onları maraqlandıran suallara cavab alıblar.

Göstərilən diqqətə görə Bilik Fonduna minnətdarlığını bildirən gənclər və onların valideynləri dövlətin gənclərə və onların təhsilinə ayırdığı qayğıdan danışıblar. Tələbələr müxtəlif ali təhsil müəssisələrində təhsillərini ən yüksək səviyyədə davam etdirəcəklərinə söz veriblər.

Sonda 700 bal toplayan abituriyentlərə Bilik Fondunun hədiyyələri təqdim olunub.


Bilik Fondunda 700 bal toplayan abituriyentlərlə görüş olub (FOTO)
Bilik Fondunda 700 bal toplayan abituriyentlərlə görüş olub (FOTO)
loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 noyabr

Astroloji proqnoz - 21 noyabr

21 Noyabr 2017 00:13
Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08