Valverde: "Messi dünya tarixində ən vacib futbolçulardan biridir"
İdman
13 Sentyabr 2017 19:34

Valverde: "Messi dünya tarixində ən vacib futbolçulardan biridir"


"Barcelona"nın baş məşqçisi Ernesto Valverde "Juventus"la oyunda dubla imza atan Lionel Messi haqqında xoş sözlər söyləyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispan mütəxəsis "qoca senyora" üzərində inamlı qələbəni belə şərh edib:

"Mənim elə hissim var ki, top Messiyə gələndə nəsə olacaq. Bu da komanda üçün yaxşı bir şey olur. O, istənilən vəziyyətdən fərqlənə bilir. Messi dünya tarixində ən vacib futbolçulardan biridir. Buna görə onun haqqında yüksək tonda danışmaq normaldır. "Juventus" Çempionlar Liqasında son finalçıdır. turnirə qələbə ilə başlamaq əladır. Bu oyun bizdən səbr tələb edirdi. Turin klubu güclü rəqibdir. Yaxşı oynadıq və vacib qalibiyyət əldə etdik. Komanda tədricən artırır. Nə istədiyimizi bilirik. La Liqa daxil olmaqla 3 oyundur qalib gəlirik. Bu, özünəinam üçün yaxşıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR