21 yaşlı oğlu olan aktrisa: "Bətnimdəki uşağın atasını tanıyıram" - FOTO
Maraqlı
13 Sentyabr 2017 19:44

21 yaşlı oğlu olan aktrisa: "Bətnimdəki uşağın atasını tanıyıram" - FOTO


"Mən yeniyetmə qız deyiləm və nə etdiyimi bilirəm. Bətnimdəki uşağın atasını da tanıyıram".

Bir zamanlar populyar olmuş britaniyalı aktrisa Daniella Uestbruk onu qeyri-rəsmi nikahda olduğu ərinə xəyanət etməkdə və az qala hər həftə yeni sevgili ilə yatağa girməkdə suçlayanlara belə cavab verib.

Milli.Az The Sun-a istinadən bildirir ki, 21 yaşlı oğul anası olan 43 yaşlı aktrisa barədə sosial şəbəkələrdə "O, bətnindəki uşağın atasının kim olduğunu belə, bilmir" yazırlar.

Üstəlik, hamilə aktrisa İspaniyanın Benidrom kurortunda olarkən oğlu yaşında kişi ilə çimərlikdə öpüşərkən paparassilərin kameralarına "hədəf" olub.

Hamilə aktrisa sinirlənib və bəyan edib ki, iddialar yalandır.

43 yaşlı aktrisanın dediyinə görə, qeyri-rəsmi nikahda olduğu əri, 34 yaşlı Alan Tomasondan hamilədir.

"İspaniyada qucaqlaşdığım 25 yaşlı oğlan isə sadəcə, dostumdur", - Uestbruk deyib.

Milli.Az








loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR