Baş nazirin ofisi: "İsrail PKK-nı qəbul etmir və onu terrorçu qrup olaraq tanıyır"
Dünya
13 Sentyabr 2017 19:56

Baş nazirin ofisi: "İsrail PKK-nı qəbul etmir və onu terrorçu qrup olaraq tanıyır"


Bakı. 13 sentyabr. REPORT.AZ/ “İsrail PKK-nı qəbul etmir və onu terrorçu qrup olaraq tanıyır”.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu, İsrailin baş naziri Binyamin Netanyahunun ofisindən yayılan açıqlamada vurğulanıb.
“Terroru hər formada rədd edən İsrail kürd xalqının özlərinə aid dövlət əldə etmək yönündə fəaliyyətini dəstəkləyir. İsrail PKK-nı qəbul etmir və onu terror qruplaşması olaraq tanıyır”, - ofisdən bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl İsrailin baş naziri Binyamin Netanyahu və ölkənin Silahlı Qüvvələr Baş Qərargahının keçmiş rəisi Yair Golan “PKK-nın terrorçu qruplaşama olmadığını” bildiriblər.
Yair Golan ötən gün ABŞ-ın paytaxtı Vaşinqtonda Yaxın Şərq Araşdırma İnstitutunda keçirilən toplantıda bunları deyib: “PKK bizim üçün terrorçu təşkilat deyil və İsrailin xarici siyasətinə xidmət edir”.
Xatırladaq ki, qeyri-rəsmi məlumatlara görə, əsasən, İraqın şimalındakı kürd yerli hökuməti İran və ABŞ-ın məsləhəti əsasında sentyabrın 25-nə planlaşdırdığı müstəqilliklə bağlı referendumu təxirə salıb. 
Qeyd edək ki, Türkiyə və İran bu referenduma qarşı olduqlarını və İraqın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03
Qaxda mağaza yandı

Qaxda mağaza yandı

19 Noyabr 2017 03:47