Tarixin ən BÖYÜK ƏZABI, İrəvanda Qarabağın qaytarılması TƏLƏBİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Digər
13 Sentyabr 2017 20:03

Tarixin ən BÖYÜK ƏZABI, İrəvanda Qarabağın qaytarılması TƏLƏBİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ


Ermənistanın Avrasiya İqtisadi İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlı “Yelk” blokunun təklifi ölkəni qarışdırıb. Rusiyanın 7 şəhərində bomba həyəcanı yaşanıb. Ukraynaya qayıdan Saakaşvili etiraz aksiyalarına başlayır. Suriya ordusu Deyr-əz-zor şəhərinin əsas girişini qoruyan İŞİD bölməsinin müqavimətini qırıb.

Ermənistanın Avrasiya İqtisadi İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlı “Yelk” blokunun təklifi ölkəni qarışdırıb. Daşnaksütyun partiyasının parlament fraksiyasının rəhbəri Armen Rustamyan bu təklifin əleyhinə çıxıb və qalmaqallı bəyanat verib.

“Bu məsələləri qaldıranlar, təhlükəsizliyin nə demək olduğunu anlamırlar. Əgər kimsə düşünürsə ki, müharibədə yalnız əsgərlər qalib gəlir, onlar səhv edir. Əgər bizdə hərbi vasitələr olmasaydı, rəqiblə döyüşə bilməzdik. Ermənistan Avrasiya İqtisadi İttifaqına girməsəydi, silahlar ala bilməzdi”, - deyə o bildirib.

Ermənistan mediası isə Rustamyanın bu açıqlamasından sonra “aprel döyüşləri”ni xatırladıb.

Ermənilər Qarabağın qaytarılmasını tələb edəcək - Putinə ŞANTAJ

Rusiya Arxangelsk vilayətinin “Plesetsk” kosmodromundan “RS-24 Yars” qitələrarası ballistik raketin işə salınması həyata keçirilib. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən qeyd edilir ki, ballistik raket bölünən baş hissə ilə təchiz edilib.

“İşə salınmanın əsas məqsədi analoji sinifdən olan raketlər partiyasının etibarlılığını təsdiq etməkdir. Eksperimental döyüş blokları Kamçatka yarımadasında “Kur” poliqonunda müəyyən edilmiş hədəflərə çatıb”, - xəbərdə deyilir.

Müdafiə Nazirliyindən həmçinin bildiriblər ki, işə salınma müvəffəqiyyətlə yerinə yetirilib.

Qeyd edək ki, sözügedən ballistik raketi məxfi adlandırırlar. Artq işə salınmasına baxmayaraq, onun haqqında məlumat çox azdır.

Bu ayın əvvəlində ABŞ “SpaceX” şirkətinin istehsalı olan “Falcon Heavy” super ağırçəkili raketin birinci müvəffəqiyyətli sınaqlarını keçirib.

Rusiya məxfi silahı işə saldı: ABŞ-a CAVAB - VİDEO

Rusiyanın 7 şəhərində bomba həyəcanı yaşanıb. Stavropol, Yujno-Saxalinsk, Maqadan, Vladivostol, Perm, Kalininqrad, Krasnoyarsk şəhərlərində 22 obyektə bomba qoyulması ilə bağlı anonim zənglər daxil olub.

Güc strukturları bu zənglərdən sonra 205 obyektdən 45 min insanı təxliyyə edib. Daha sonra obyektlərdə yoxlamalar aparılır, lakin heç bir məlumat təsdiqini tapmayıb.

Hüquq-mühafizə orqanları ananim zənglərin mənbəyini axtarır. İlkin məlumata görə, zənglərin bir çoxu Ukrayna ərazisindən edilib.

Avropa İttifaqı 2025-ci ilə Avropa müdafiə ittifaqını yaratmalıdır. Bu haqda Avropa Komissiyasının sədri Jan-Klod Yunker bildirib.

Onun sözlərinə görə, bunu Şimali Atlantika İttifaqı (NATO) da istəyir.

Daha əvvəl Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Federika Moqerini bildirib ki, quruma üzv ölkələr 2017-ci ilin sonuna müdafiə və təhlükəsizlik sahəsində daimi strukturlaşmış əməkdaşlığa başlamalıdır.

ABŞ-ın "Foreign Policy” jurnalı bir müddət əvvəl yazdığına görə, Almaniya kansleri Angela Merkel də güclü bir Avropa ordusu qurmaq üçün çalışır.

Rusiyaya qarşı vahid ordu qurulur – TARİX AÇIQLANDI

Suriya ordusu Deyr-əz-zor şəhərinin əsas girişini qoruyan İŞİD bölməsinin müqavimətini qırıb. Ordu hələ də qismən terror təşkilatının nəzarətində olan şəhərə cənub-qərb istiqamətindən daxil olub.

Hərbi hava limanından gələn dəstə cənub-qərbdən gələn dəstə ilə şəhərin mərkəzində birləşib. Şəhərin bu ana magistral yolu qısa müddətdə şəhərə dərman və qida yardımı daşıyan karvanların girməsi üçün istifadə ediləcək.

Ordu birlikləri əl Tim və əl Şula neft yataqlarını da terrorçuların əlindən alıb.

Bu gün Astanada Suriya konfliktinin həlli ilə bağlı danışıqların altıncı mərhələsi başlayıb. Altıncı mərhələ atəşkəsə zəmanətçi ölkələrin işçi qruplarının görüşü ilə start götürüb. Görüş bağlı qapılar arxasında keçirilir.

Danışıqların üç gün davam edəcəyi gözlənilir.

Avropa Parlamenti Avropa Birliyinin Səudiyyə Ərəbistanına silah satışına embarqo qoymasını tələb edən qətnamə qəbul edib. Qətnamə Avropa Parlamentinin Strasburqdakı plenar sesiyasında qəbul olunub. Parlament Ər-Riyadı AB-dən aldığı silahları Suriyadakı terrorçulara verməkdə və Yəmən konfliktində istifadə etməkdə ittiham edib.

Qeyd edək ki, Avropa Parlamenti keçən ilin fevralında da Səudiyyə Ərəbistanına qarşı eyni cür qətnamə qəbul etmişdi.

İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani İsrailə müraciət edib. Bərzani müstəqillik referendumu məsələsinə yeganə dəstək aldığı ölkədən kürd əsilli 200 min yəhudinin Şimali İraqa köçürülməsini istəyib.

Bərzani bildirib ki, o, yəhudilərin köməyi ilə referendumda qələbə qazanmaq və həmin şəxslərin yaşayış şəraitini yaxşılaşdırmaq niyyətindədir.

İraq Kürd Muxtariyyətində müstəqillik referendumu sentyabrın 25-də keçiriləcək.

Koreya Xalq Demokratik Respublikası (KXDR) BMT-nin yeni sanksiyalarını pisləyib və onları qəti surətdə rədd edib. KXDR-in Cenevrədəki səfiri Xen Tey Sun BMT Təhlükəsizlik Şurasının qərarını qanunsuz adlandırıb.

”Vaşinqton rejimi Koreya Xalq Demokratik Respublikasının nüvə gücünün inkişafının dayandırılmasına yönəldilmiş vəhşi oyunla siyasi, iqtisadi və hərbi qarşıdurmanı alovlandırır. Bu oyun artıq son mərhələyə daxil olub”, - şimali koreyalı diplomat deyib.

KXDR-in nümayəndəsi ABŞ-ın ünvanına təhdidlərlə çıxış edib: “Koreya Xalq Demokratik Respublikasının qarşıdakı cavab addımları ABŞ-ı ağrıdan ən böyük əzab çəkməyə məcbur edəcək. Bu, onların tarixdə nə vaxtsa gördüyü ən böyük əzab olacaq”.

Saakaşvili Çernovtsı şəhərinin mərkəzi meydanında mitinq keçirəcəyini bildirib və əhalini meydana çağırıb. Siyasətçinin mətbuat katibi Darya Çij jurnalistlərə söz verdi ki, Saakaşvili 13 sentyabr saat 18:00-da Çernovtsının mərkəzi meydanında olacaq.

Bir çox analitiklər gürcü siyasətçinin Ukraynaya qayıdışını üçüncü Maydanın (birinci Maydan 2004, ikinci Maydan isə 2014-cü ildə reallaşıb – red.) başlanğıcı kimi qiymətləndirirlər.

Üçüncü Maydan başladı – Saakaşvilidən ÇAĞIRIŞ

ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Ukrayna Prezidenti Pyotr Poroşenkoya Mixail Saakaşvili yerinə başqa məsələlərlə məşğul olmağı məsləhət görüb. Volkerin bu sözləri Mixail Saakaşvilinin Feysbuk səhifəsində yerləşdirilib.

“Əgər Ukrayna hüquqi dövlət qurursa, Mixail Saakaşviliyə öz vətəndaşlığını məhkəmədə müdafiə etməsi üçün imkan yaradılmalıdır. Poroşenko Saakaşviliyə daha az dramatik yanaşmalı və ölkənin inkişafı, korrupsiya ilə mübarizəyə diqqət etməlidir”, – deyə o bildirib.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Ukrayna ərazisindən ekstradisiyası üçün əsas yoxdur. Bu haqda Ukrayna ədliyyə naziri Denis Çernışev “112 Ukrayna” telekanalın efirində deyib.

“Hazırda Saakaşvilinin Ukraynadan çıxarılması üçün əsas yoxdur. Çünki Gürcüstanda onun barəsində ittiham hökmü çıxarılmayıb. Saakaşvilinin sərhədi keçməsindən başqa, Ukraynada heç nə baş verməyib. Saakaşvili barəsində bizə gələn sənədlərdə (Gürcüstan tərəfinin təqdim etdiyi sənədlər –rd.) Gürcüstanda onunla bağlı cinayət işlərinə baxıldığı bildirilir”, nazir bildirib.

Xatırladaq ki, sentyabrın 5-də Ukraynanın ədliyyə nazirinin müavini Gürcüstanın Saakaşvilinin həbsi etmə və ekstradisiyası haqqında ölkəsinə müraciət etdiyini açıqlayıb.

Daha əvvəl Gürcüstanın Bas Prokurorluğu Saakaşvilinin ekstradisiyası xahişi ilə Ukrayna tərəfinə rəsmən müraciət edib və hər iki halda imtina cavabı alıb.

ABŞ hakimiyyəti Donbas hərbi münaqişə zonasından getməsi üçün Rusiya prezidenti Vladimir Putinə 180 gün vaxt verib. Bu haqda “İnformasiya müqaviməti” qrupunun koordinatoru Konstantin Maşoves “Seqodnya” (“Bu gün”) nəşrinə müsahibəsində deyib.

Ekspert qeyd edir ki, sonrakı təcavüzkar siyasətin həyata keçirilməsi Moskva üçün baha başa gələcək və Rusiyanın dağılmasının real təhlükəsi yaranacaq.

Putinə sərt ULTİMATUM: 180 gün vaxt VERİLDİ

Ömər Dağlı

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR