Dövlət Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivaldan qayıdıb
Mədəniyyət
13 Sentyabr 2017 20:17

Dövlət Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivaldan qayıdıb


Bakı. Trend:

Rusiyanın Başqırdıstan Respublikasının Ufa şəhərində ənənəvi olaraq keçirilən Türkdilli xalqların VI “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı M.Kərim adına Milli Gənclər Teatrının səhnəsində festivalın proqramına uyğun olaraq yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” mono tamaşası ilə çıxış edib.

Teatrdan Trend-ə verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

“Cəza” tək adamlıq psixoloji oyun dramıdır. Tamaşada əsas və yeganə rolu əməkdar artist Kəmalə Hüseynova ifa edir.

Tamaşa başqasına aşiq olan və cox da gənc olmayan ərli qadının daxili mübarizəsindən bəhs edir. Qadın hisslərinə görə əzab çəkməsinə baxmayaraq özü ilə bacarmır. Aktrisa Kəmalə Hüseynova qəhrəmanının ağrı - əzablarını tamaşaçıya məharətlə çatdıra bilir. Əri, uşaqları, evi, ailə qayğıları – hər şey onun üçün əhəmiyyətsizdir və qadının həyatı öz – özüylə mübarizə aparmaqla keçir. O, yalnız ümid və xəyallarla yaşayır. Ancaq başa düşmür, görmür ki, onu yaxın gələcəkdə ölüm gözləyir.

Festivalın təntənəli bağlanışı sentyabr ayının 14-də baş tutacaq.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 noyabr

Astroloji proqnoz - 21 noyabr

21 Noyabr 2017 00:13
Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08