3D-printerdə sümük və orqanlar hazırlanacaq
Dünya
13 Sentyabr 2017 20:24

3D-printerdə sümük və orqanlar hazırlanacaq


Tomskda bir qrup Rusiya alimi bioprintinq deyilən 3D-printerdə sümük və orqanların çap edilməsi proqramı üzərində çalışır və onu test edir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, layihənin ayrı-ayrı sahələrində gözəl nəticələr əldə edilib. Artıq Rusiyanın aparıcı klinikaları, elmi tədqiqat institutları və idarələri alimlərin bu araşdırmalarını dəstəkləməyə razı olublar.

3D-printerdə sümük və orqanların çap edilməsi texnologiyası "Gələcəyin təbabəti" texnoloji platforması üçün Tomsk Dövlət Universitetinin və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Möhkəmlik Fizikası və Materialşünaslıq İnstitutunun bazasında işlənir. Elmi dairələrin məlumatına görə, yeni texnologiya üzərində iş 2018-ci ilin əvvəlində başa çatmalıdır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 sentyabr

Astroloji proqnoz - 21 sentyabr

21 Sentyabr 2017 00:13