Balakəndə cinsi təcavüz nəticəsində hamilə qalan 12 yaşlı qız həkim müayinəsindən keçirilir
Ölkə
13 Sentyabr 2017 20:32

Balakəndə cinsi təcavüz nəticəsində hamilə qalan 12 yaşlı qız həkim müayinəsindən keçirilir


Balakəndə cinsi təcavüz nəticəsində hamilə qalan 12 yaşlı qız həkim müayinəsindən keçirilir.

Metbuat.az-ın məlumatına görə, hüquq müdafiəçiləri təkcə azyaşlının körpəni dünyaya gətirib-gətirməməsindən deyil, eyni zamanda, onun psixoloji durumu və gələcəyi barədə də narahatdırlar. Hüquqşünaslar hesab edir ki, qanunvericiliyə uyğun olaraq son qərarı həkimlər verməlidir. Məlumata görə, qızın suni doğuş etməsinə icazə verilib. Bu qərarı onun qəyyumu kimi anası verib.

"Ölkə qanunvericiliyinə görə, 12 yaşlı yetkinlik yaşına çatmayan qız uşağının hüquqları pozulsa da, uşaq hələ doğulmayıb deyə hüquq pozuntusundan söhbət gedə bilməz. Çünki uşaq hələ dünyaya gəlməyib" deyə hüquqçular bildirir.

Qeyd edək ki, 12 yaşlı qız atalığı tərəfindən zorlanaraq hamilə qalıb. Balakən rayon Məhkəməsinin qərarı ilə hadisəni törədən şəxs Şindiyev Elçin Qədir oğlu barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 sentyabr

Astroloji proqnoz - 21 sentyabr

21 Sentyabr 2017 00:13