Təhsil nazirinin müavini yeni qəbul qaydaları haqqında
Ölkə
13 Sentyabr 2017 20:54

Təhsil nazirinin müavini yeni qəbul qaydaları haqqında


Azərbaycanda test sisteminin ləğvindən söhbət getmir. Qiymətləndirmənin formatında yeniliklərin tətbiqi nəzərdə tutulur, amma formatda müəyyən yeniliklər olsa da belə, sistemdə ciddi dəyişikliklər baş verməyəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov kurrikulumla təhsil alanlar üçün 2 ildən sonra qəbul imtahanlarında dəyişikliklərin ediləcəyi, test imtahanının ləğv ediləcəyi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, qiymətləndirmədə dəyişikliklərə artıq start verilib.

C.Bayramov deyib ki, bu il 9-cu sinifdə təhsil alan şagirdlər artıq yeni format üzrə imtahan veriblər: "Bir məqamı qeyd edim ki, test sisteminin ləğvindən söhbət getmir. Söhbət ondan gedir ki, kurrikulum proqramı ilə təhsil alan şagirdlərin biliklərinin yalnız bizim qəbul etdiyimiz ənənəvi qaydada, bir neçə seçim əsasında olan test vasitəsilə həyata keçirilməsi mümkün deyil. Ona görə də orada daha geniş qiymətləndirmənin aparılmasından söhbət gedir. Bu, artıq 9-cu sinif səviyyəsində baş verdi. Yenə də qeyd edirəm ki, qiymətləndirmənin formatında yeniliklərin tətbiqi nəzərdə tutulur. Bu istiqamətdə də Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında işlər davam etdirilir. Yaxın vaxtlarda bununla bağlı geniş məlumat veriləcək. Biz bir məqamı əminliklə qeyd edə bilərik ki, formatda müəyyən dəyişikliklər olsa da belə, sistemdə ciddi dəyişikliklər baş verməyəcək. Yəni burada obyektiv qiymətləndirmə olduğu kimi həyata keçiriləcək, hərtərəfli qiymətləndirmə əsasında şagirdlərin biliyinin üzə çıxarılması həyata keçiriləcək".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 14 fevral

Astroloji proqnoz - 14 fevral

14 Fevral 2018 00:38
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08