Telefon terrorçuları Moskvanı hədəfə alıb
Dünya
13 Sentyabr 2017 21:01

Telefon terrorçuları Moskvanı hədəfə alıb


Moskva. 13 sentyabr. REPORT.AZ/ Son günlər Rusiyanın bir çox şəhərlərində, o cümlədən Moskvada partlayıcı qurğuların quraşdırılmasına dair anonim zənglər daxil olur.
"Report"un Rusiya bürosunun verdiyi məlumata görə, partlayışların törədiləcəyinə dair xəbərlər daxil olduğu üçün "Afimall", "Metropolis", "Kapitoliy", "Qorod" ticarət mərkəzlərindən, Kiyev, Leninqrad və Kazan vağzallarından, MDBƏİ, Seçenov adına MDTU və Plexanov adına RİU-dən 10 000-dən çox insan evakuasiya edilib.
Həmçinin Qırmızı meydanda da partlayıcı qurğunun quraşdırılmasına dair anonim məlumat daxil olub.
Moskva polisinin "Report"un yerli bürosuna verdiyi məlumata görə, binalarda axtarış aparılır. Polisin dediyinə görə, bütün zənglər, demək olar eyni vaxtda  - 15:00 və 16:00 radələrində daxil olub.
Dəqiqləşdirilməmiş məlumata görə, telefon terrorçuları əsasən Ukrayna nömrələrindən zəng edib.
DİN, FHN və xüsusi xidmətlər hələlik rəsmi açıqlama verməkdən çəkinirlər. 


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 sentyabr

Astroloji proqnoz - 21 sentyabr

21 Sentyabr 2017 00:13