Azərbaycanda “Pilotsuz mülki uçuş aparatlarının istifadəsi qaydaları”nın layihəsi hazırlanıb
İqtisadiyyat
13 Sentyabr 2017 21:06

Azərbaycanda “Pilotsuz mülki uçuş aparatlarının istifadəsi qaydaları”nın layihəsi hazırlanıb


Bakı. 13 sentyabr. REPORT.AZ/ Dövlət Mülki Aviasiya Administrasiyası (DMAA) və “Azərbaycan Hava Yolları” QSC-nin mütəxəssisləri “Pilotsuz mülki uçuş aparatlarının istifadəsi Qaydaları”nın layihəsini hazırlayıblar. 
DMAA-dan "Report"a daxil olan məlumata görə, layihə pilotsuz mülki uçuş aparatlarının idarə edilməsi tələblərini, habelə təhlükəsizlik və əməliyyat standartlarını və şərtlərini özündə ehtiva edir.
"Qeyd olunan layihə 2015-ci ilin sentyabrın 8-də Nazirlər Kabinetinə tərəfimizdən təqdim edilib. Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarından (cəmi 10 qurum) daxil olan və qəbul oluna bilən rəy və təkliflər nəzərə alınmaqla bu layihə razılaşdırılma mərhələsindən keçib və Nazirlər Kabinetinə təqdim edilib. Müvafiq qaydaların Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən təsdiq ediləcəyi barədə Nazirlər Kabinetinin göstərişi daxil olub. Sonrakı mərhələdə sözügedən qaydaların layihəsində müəyyən zəruri dəyişikliklər tərəfimizdən edilib. Bu layihə Azərbaycan Respublikasının dövlət qurumları və digər hüquqi, habelə fiziki şəxslər tərəfindən baxılması və mümkün rəy və təkliflərin bildirilməsi üçün təqdim olunur", - DMAA-nın məlumatında qeyd edilib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR