Rusiya şəhərlərində bomba həyəcanı yaşanır, on mindən çox adam evakuasiya edilib
Dünya
13 Sentyabr 2017 21:06

Rusiya şəhərlərində bomba həyəcanı yaşanır, on mindən çox adam evakuasiya edilib


Moskva. 13 sentyabr. REPORT.AZ/ Son günlər Rusiyanın bir çox şəhərlərində, o cümlədən Moskvada partlayıcı qurğuların quraşdırılmasına dair anonim zənglər daxil olur.
"Report"un Rusiya bürosunun verdiyi məlumata görə, partlayışların törədiləcəyinə dair xəbərlər daxil olduğu üçün "Afimall", "Metropolis", "Kapitoliy", "Qorod" ticarət mərkəzlərindən, Kiyev, Leninqrad və Kazan vağzallarından, MDBƏİ, Seçenov adına MDTU və Plexanov adına RİU-dən on mindən çox insan evakuasiya edilib.
Həmçinin Qızıl meydanda da partlayıcı qurğunun quraşdırılmasına dair anonim məlumat daxil olub.
Moskva polisinin "Report"un yerli bürosuna verdiyi məlumata görə, binalarda axtarış aparılır. Polisin dediyinə görə, bütün zənglər, demək olar eyni vaxtda  - 15:00 və 16:00 radələrində daxil olub.
Dəqiqləşdirilməmiş məlumata görə, telefon terrorçuları əsasən Ukrayna nömrələrindən zəng edib.
DİN, FHN və xüsusi xidmətlər hələlik rəsmi açıqlama verməkdən çəkinirlər. 


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03
Qaxda mağaza yandı

Qaxda mağaza yandı

19 Noyabr 2017 03:47