Yığmamız İslamiadanın qalibi oldu
Digər
13 May 2017 22:05

Yığmamız İslamiadanın qalibi oldu


Bu gün İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika yarışlarında ilk mükafatçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunan yarışın ikinci günündə komanda hesabında ən yaxşılar bəlli olub.

 

Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirovadan ibarət Azərbaycan yığması çempion tituluna yiyələnib. 4 hərəkətin cəmində 128,200 xal toplayan gimnastlarımız ən yaxın izləyiciləri olan Özbəkistanı 4,350 xal qabaqlayıblar. Hakimlərin 101,650 xalla qiymətləndirdiyi Türkiyə isə ilk “üçlüy”ü qapayıb.

 

Komanda yarışları ilə yanaşı, şəxsi birincilikdə iki hərəkətdə təsnifat mərhələsi də keçirilib. Gimnastlar gürzlər və lentlə xalça üzərinə çıxıblar.

 

Azərbaycanı bu yarışda üç idmançı təmsil edib. Gürzlə 15,600 xal yığan Marina Durunda və 16,050 xala malik Jalə Piriyeva bu hərəkətdə finala vəsiqə qazanıb.

 

Lentlə hərəkətlərdə də Durunda və Piriyeva həlledici mərhələyə yüksəlib. Onlar müvafiq olaraq, 15,200 və 16,100 xal toplayıblar.

 

Zöhrə Ağamirova isə mübarizəni dayandırıb.

 

Qeyd edək ki, ayrı-ayrı hərəkətlərdə final mərhələsi sabah keçiriləcək. Durunda ilə Piriyeva halqa və topla hərəkətlərdə də final mərhələsinə qatılacaq.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...