OPEC ölkələri avqustda hasilatın azaldılması üzrə planı 98% yerinə yetirib
İqtisadiyyat
13 Sentyabr 2017 23:46

OPEC ölkələri avqustda hasilatın azaldılması üzrə planı 98% yerinə yetirib


Bakı. 13 sentyabr. REPORT.AZ/ OPEC ölkələri avqust ayında hasilatın azaldılması üzrə razılaşmanı 98% yerinə yetirib.
"Report" xəbər verir ki, bu barədə İranın neft naziri Bijan Nəmdar Zanqaneyə istinadən "Shana" agentliyi məlumat yayıb.
Nazirin sözlərinə görə, planın yerinə yetirilməsi səviyyəsi gələcəkdə artacaq.
Zanqane həmçinin əlavə edib ki, hasilatın azaldılması üzrə sövdələşmənin gələcəkdə uzadılması oktyabrın 4-də Moskvada keçiriləcək energetika inkişafı və enerjiyə qənaətə dair "Rusiya enerji həftəsi" beynəlxalq forumda müzakirə olunacaq.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR