Ucarda ev yandı  - ev sahibi yaralandı
Digər
14 Sentyabr 2017 0:05

Ucarda ev yandı - ev sahibi yaralandı


Ucarda fərdi yaşayış evi  yanıb.

 

APA-nın yerli bürosunu xəbərinə görə, hadisə bu gün axsam saatlarında  şəhərin Oğuz küçəsində  baş verib.

 

Rayon sakini, 1963-cı il təvəllüdlü Eyvaz Şıxəli oğlu Hacıyevə  məxsus 1 mərtəbəli 3 otaqlı evdə güclü yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin  texnikası və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 200 kvadratmetr olan ev əşyaları ilə birlikdə tamamı ilə yanaraq kül olub.  Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı yaşayış evləri və digər tikililər yanğından mühafizə olunub.

 

Ev sahibi yanıq xəsarəti ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.   Məlumata görə, ruhi xəstə olan E. Hacıyev evi özü yandırıb. Fakt araşdırılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR